Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:18

Bu yazını oxumamışdan filmə baxmaq tövsiyə olunur


«Parazit» filmindən kadr
«Parazit» filmindən kadr

Bong Joon-honun tragikomediyasında yoxsul, ancaq birlikdə olan ailə fırıldaq yolu ilə Seulda zəngin bir evdə yaşamağa başlayır.

Kino tənqidçisi Mark Kermode «The Guardian»da dərc edilmiş rəyində yazır ki, «Parazit» (Parasite) filmindən çox həzz almaq üçün filmə baxmazdan öncə onun haqqında mümkün qədər az məlumat almaq lazımdır.

Ötən ilin mayında Kann kinofestivalında Qızıl Palma mükafatına layiq görülmüş «Parazit» filminin reklam və təşviqatı hər yerdə qarşımıza çıxır. Müəllif oxuculara tövsiyə edir ki, hətta onun bu rəyini gördükləri zaman hələ filmə baxmayıblarsa, buradaca dayanıb öncə filmə baxsınlar. «Parazit» müasir dövrdə kinoya getməyi əsl xoşbəxtliyə çevirən möhtəşəm bir təcrübədir», – o yazır.

Rejissor Bong Rotterdam kinofestivalında filmin ağ-qara versiyasını da təqdim edib.

«Klounlarsız komediya»

Filmin yaradıcısı Bong Joon-ho öz əsərini «klounlarsız komediya, mənfi qəhrəmanlarsız faciə» adlandırıb.

«Parazit» filmi sosioiqtisadi spektrin əks qütblərinə aid iki ailənin hekayəsidir. Filmin yaradıcısı Bong bu vaxta qədər qətl detektivi də çəkib, monstrlar haqda film də, antiutopik fantastika da.

Filmin əvvəlində Kim ailəsi - ata Ki-taek (Song Kang-ho), ana Chung-sook (Chang Hyae-jin) öz yarımzirzəmi evlərində kiminsə simsiz internetini tutmağa çalışırlar. Pəncərəni də açıq qoyurlar ki, küçədə həşəratları öldürmək üçün dezinfeksiya aparılanda ondan da pulsuz yararlansınlar. Onların bir-birindən başqa heç nəyi yoxdur. Onların oğlu Ki-woo (Choi Woo-shik) qəfildən zəngin məktəbli qıza evdə dərs demək imkanı ilə qarşılaşır. İstedadlı bacısı Ki-jung-a (Park So-dam) saxta universitet sertifikatı düzəltdirir, yalan yolu ilə iş təklifini alıb Park ailəsinin evinə girir.

Seulun səfil və yoxsul məhəllələrindən hündürdə yerləşən, dəbdəbəli, baxımlı otluqlarla əhatə olunmuş bu gözəl ev Kim-in görməyə öyrəşdiyi yerlərdən çox fərqlidir. Ev sahibi, işadamı cənab Park (Lee Sun-kyun) işdə olur, onun daim narahat həyat yoldaşı Yeon-kyo (Cho Yeo-jeong) isə evdə nazlı-qəmzəli qızlarına və hiperaktiv oğullarına baxır. Evdə muzdlu müəllimlər, sürücü və ən əsası sadiq xidmətçi Moon-gwang (Lee Jung-eun) çalışır. O, daha öncə evin əvvəlki memar sahibinə xidmət edib. Memar köçəndən sonra da bu evdə qalıb işləməyə davam edib. Yeni adı Kevin olan Ki-woo görür ki, bu işləri onun ailə üzvləri də görə bilər. O, ailəsinin Parklar-ın evinə köçüb burada rahat həyat yaşaması üçün plan cızır.

Var-dövlətə inamsızlıq

Bong-un əvvəlki filmlərində də var-dövlət və səlahiyyətə inamsızlıq sezilir. 2003-cü ildə çəkdiyi «Qətlin xatirələri» (Memories of Murder), sonralar çəkdiyi «Ev sahibi» (The Host), «Ana» (Mother), «Okça» (Okja) və «Qardələn» (Snowpiercer) filmlərində də bu tendensiya var.

Kim ailəsi kanalizasiya suları və çirkab dolu yerdə yaşasalar da, həm Park ailəsi qədər ağıllı, həm də onlardan daha bütöv ailədirlər. Park ailəsi metroya minən adamlara belə yuxarıdan-aşağı baxır. Cənab Park-ı ultramüasir evinin pilləkənlərini qalxarkən, Kimlər-i isə miskin evlərinin pilləkənlərini düşərkən görürük.

Yalan məsələsində isə sosial nərdivanın üst pillələrində olanların, azı, yuxarıdan-aşağı baxdıqları adamlar qədər təcrübəli olduğunu müşahidə edirik. Ancaq Bong qarşı-qarşıya qoyduğu qüvvələrin tarazlığını pozmamağa çalışır və auditoriyanı bu əcaib simmetrik görüntünün əsl mənası haqda qərar verməyə dəvət edir.

Filmin saundtrekinə gəlincə, Jung Jae-il-in cazibədar musiqisi piano parçalarından kiçik pyeslərə qədər dəyişir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG