Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:27

Qumux tam orta məktəbi: Dərs keçmək yox, qorxu filmi çəkmək olar


Şəkinin Qumux kənd orta məktəbi, sent.2016
Şəkinin Qumux kənd orta məktəbi, sent.2016

“Bizim məktəbdə vahiməli filmlər çəkmək olar”

Şəkinin Qumux kəndinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə kənd məktəbinin foto-görüntülərini yollayıblar. Onlar təkcə fotolar yox, həm də təhsil nazirinə sual ünvanlayıblar: “Siz övladınızı belə məktəbə göndərərsizmi?”

“OTAQLAR ADAMIN ÜSTÜNƏ GƏLİR”

Şəkinin Qumux kəndinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə kənd məktəbinin foto-görüntülərini yollayıblar.

“Bizim məktəbdən vahiməli filmlər çəkməyə əla istifadə etmək olar. Sinif otaqlarının döşəməsi, tavanı, qaralmış divarları sanki adamın üstünə gəlir”. Qumux sakini Əziz Səlimov kənd məktəbini belə təsvir edir. Avtomobili var, üç övladını rayon mərkəzindəki məktəblərdən birinə aparıb gətirir. Ancaq kənddə heç də hamının belə imkanı yoxdur.

Buna da bax:​ Bir əsrə yaxın yaşı olan məktəb binası

Qumux tam orta məktəbinin nə az, nə çox – düz 86 yaşı var. Vaxtilə kənd sakinləri özləri tikiblər. Sonralarsa otaqlarını artırıblar. 1999-cu ildə Qumuxa kənd statusu verilib və məktəb natamam orta statusundan tam orta məktəb statusuna keçib. Ancaq buna qədər – hələ 1980-ci illərdə kənddə təzə məktəb tikilməsi nəzərdə tutulub. Hətta özül də atılıb. Ancaq Sovet hakimiyyəti dağıldığından bu iş yarımçıq qalıb. Məktəbin dərs hissə müdiri Elşən Babayev deyir, özül hələ də kəndin bir hissəsində qalmaqdadır. E. Babayev məktəbdəki vəziyyətdən danışır:

Qumux tam orta məktəbinin nə az, nə çox – düz 86 yaşı var. Vaxtilə kənd sakinləri özləri tikiblər. Sonralarsa otaqlarını artırıblar.

“3 ay əvvəl bir hissəsi uçquna məruz qaldı. Yaxşı ki, şagirdlərin başına uçmadı... Haralara müraciət olunmayıb ki – İcra hakimiyyətinə, Təhsil Nazirliyinə, Heydər Əliyev Fonduna, Fövqəladə Hallar Nazirliyinə... Məktəbin fotolarını Təhsil Nazirliyinə də göndərmişik. Gəldilər, baxdılar, dedilər, “tədbir görüləcək”. Biz də ümidlənmişik, gözləyirik”.

102 ŞAGİRD, 25 MÜƏLLİM

Şəkinin Qumux kənd tam orta məktəbi işəridən görünüşü
Şəkinin Qumux kənd tam orta məktəbi işəridən görünüşü

Hazırda məktəbdə 102 şagird, 25 müəllim var.

Əvvəl məktəb birnövbəli, şagirdlərin sayı 250 nəfər olub, sonra tələbat yaranıb, ikinövbəli rejimə keçilib, ancaq şəraitsizlikdən çoxu uşağını bu məktəbdən başqa məktəbə aparmağa başlayıb. Hazırda məktəbdə 102 şagird, 25 müəllim var.

Buna da bax:​ Muradbulaqda məktəb – yük vaqonu

Elşən müəllim deyir, kənddə alternativ məktəb yoxdur deyə, başqa yerə getmək imkanı olmayan ailələrin uşaqları bura gəlməyə məcburdular:

“Neyləsinlər?.. Çadırda dərs keçə bilmərik ki uşaqlara... Uçmuş tərəfini birtəhər düzəltsək də, o otaqları bağlamışıq. Çətinliklərə baxmayaraq, məktəb bircə gün də bağlı qalmayıb. Bütün dərs saatları tam şəkildə keçilir”.

7 OTAQDAN BİRİ MƏNTƏQƏDİR

Şəki şəhər İcra Hakimiyyəti: "Ola bilsin, növbəti dərs ilini qumuxluların uşaqları yeni məktəbə getsinlər".

Hazırda məktəbdə 7 otaq fəaliyyət göstərir. Onların da 4-ü tam yararsızdır.

Onsuz da sinif otağı çatışmayan məktəbin bir otağını isə seçki məntəqəsi məşğul edib. Məktəb rəhbərliyi həmin otaqda dərs keçilməsindən ötrü müraciət etsə də, otaq boşaldılmır.

Buna da bax:​ "Evdə də məktəb olar? O da nə gündə..."

Ancaq xarabalığı xatırladan bu məktəbin hər il, azı, üç-dörd məzunu ali məktəblərə daxil olur.

Şəki şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Qumux məktəbinin vəziyyəti diqqətdədir. Təhsil Nazirliyi də məlumatlıdır. Kənddə yeni məktəb tikilməsi planlaşdırılıb. Ola bilsin, növbəti dərs ilini qumuxluların uşaqları yeni məktəbə getsinlər.

XS
SM
MD
LG