Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

Bu cihaz muzeylərdə sosial məsafəni qoruyacaq


Muzey. Foto illüstrasiya
Muzey. Foto illüstrasiya

Məlumdur ki, bəzi məkanlar çox sayda insanın ziyarəti üçün nəzərdə tutulub. Bütün dünyada bu cür məkanlar təhlükəsizliyə riayət etməklə yenidən açılmağın yollarını düşünməkdədir. Bura muzeylər də daxildir.

Nyu-York ştatında ən çox sevilən muzeylərdən biri olan Bikon şəhərindəki "Dia:Beacon" muzeyinin rəhbərliyi koronavirusdan qorunmaq üçün istər məkanda, istərsə də protokolda dəyişiklik etmək üzərində çalışır. Ayaqyoluna toxunuşsuz işləyən su kranları qoyulacaq, ziyarətçilərsə qapıdan içəri şahmatvarı qaydada daxil olacaq.

Hudzon vadisində 1672 kvadratmetrlik kampusda yerləşən "Magazzino" italyan incəsənəti muzeyi ziyarətçi və əməkdaşların təhlükəsizliyi üçün müxtəlif tədbirlər gördüyünü, o cümlədən öz gündəlik işində "EGOPro Active Tag" cihazlarından istifadə etməyi planlaşdırdığını bildirib. Bütün ziyarətçilər bu cihazları taxmalı olacaqlar. Cihaz insanlar arasında yol verilən minimal məsafə azalanda vibrasiya ilə onları xəbərdar edir.

Təhlükəsiz məsafəni təmin edən cihaz

"Təcrid rejimi başlayandan bəri imkan yaranan zaman qapılarımızı təhlükəsiz şəkildə açmağın yollarını araşdırmaqla məşğuluq. Fəxrlə deyə bilərik ki, çox rahat, istifadəsi və dezinfeksiyası asan olan …bir məhsul tapmışıq. O, bir İtaliya və bir Amerika şirkətinin əməkdaşlığı sayəsində hazırlanıb", - "Magazzino" muzeyinin direktoru Vittorio Calabrese "Observer" jurnalına müsahibəsində deyib.

EGOPro "Active Tags Advanced Microwave Engineering" və "Advanced Industrial Marketing" şirkətləri tərəfindən hazırlanıb. Bu məhsul radio texnologiyasının köməyi ilə eyni məkandakı digər cihazların yaxınlığını təyin edir. Əgər cihaz taxan bir nəfər təsadüfən digər insana çox yaxınlaşsa, cihazın LED işıqları yanacaq və o, vibrasiya etməyə başlayacaq. Bu o deməkdir ki, dərhal iki insan arasında minimum təhlükəsiz məsafə bərpa olunmalıdır. İtaliyada Florensiya kafedral kilsəsi (Duomo di Firenze) də bu yaxınlarda öz gündəlik işində həmin texnologiyadan istifadə edəcəyini açıqlayıb.

Pandemiya dünyanın hər yerində tibb mütəxəssislərini əldən salıb. Sosial məsafə protokollarına görə, insanlar ictimai yerlərdə bir-birindən azı 1.5 – 2 metr məsafə gözləməlidirlər. Bu, yeni koronavirusa qarşı mübarizədə əsas ictimai səhiyyə tədbirlərindən biri kimi qəbul edilir. Hamının gözlədiyi vaksin yaradılana qədər EGOpro kimi cihazların təkcə muzeylərdə deyil, ictimai həyatın bütün sahələrində geniş istifadə olunacağı gözlənilir.

Digər üsullar

Bir çox ölkələrdə muzeylər və digər ictimai məkanlar ziyarətçilərin istifadəsi üçün təmizləyici vasitələrin açıq yerdə qoyulmasını artırıblar. Şimali Amerikada bu praktika artıq uzun zamandan bəri mövcuddur. Pandemiya dövründə isə bu məsələyə diqqət daha da artıb.

Bundan başqa, bəzi məkanların girişində qızdırma ölçən cihazlardan istifadə olunur və ziyarətçilərin məsafəli girişi üçün düzxətli olmayan mürəkkəb növbə qaydaları tətbiq edilir. Biletlərin onlayn satışını da unutmaq olmaz.

İçəri buraxılan ziyarətçilərin sayı da çox vacibdir. Bu, daha çox məkanın sahəsi, açıq, yaxud qapalı olmasından asılıdır. Məsələn, insanların sevimli məkanı olan və bu mövsümdə çox ziyarət olunan Berlin Botanika Bağı mayın əvvəllərindən açılsa da, eyni zamanda 1000 nəfərdən artıq ziyarətçini qəbul etmir.

Berlin yaxınlığında, Potsdamda yerləşən Barberini muzeyi isə həm eyni anda içəri buraxdığı ziyarətçilərin sayına nəzarət edir, həm də hər ziyarəti iki saatla məhdudlaşdırır. Bundan başqa, muzeydə qonaqlara daha audiobələdçi cihazlar verilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG