Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:33

ABŞ təmsilçisi Bakıda baş nazirlə görüşüb


Novruz Məmmədov
Novruz Məmmədov

Bu gün, dekabrın 14-də Bakıda 24 rayonun 150-yə yaxın icmasını təmsil edən şəxslərin 2 günlük konfransı başlayıb.

Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavini Brock Birman və Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak edib.

Bu haqda USAİD-in məlumatında bildirilir.

Məlumata görə, elektrik təchizatının yaxşılaşdırılması, yolların abadlaşdırılması, tibb məntəqələrinin inşası və başqa məsələlər konfransda müzakirə edilən əsas mövzulardır.

İki günlük konfransı USAID və İqtisadiyyat Nazirliyinin dəstəklədiyi Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) təşkil edib.

Brock Birman bundan əvvəl bu ilin fevralında Azərbaycanda səfərdə olub. O dövlət rəsmiləri ilə görüşlərindən sonra problemlərdən bəhs etmiş, habelə vurğulamışdı ki, son bir neçə il ərzində USAID-in Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb. O, bu dəfə, hələlik, hər hansı narahatlıq dilə gətirməyib.

Baş nazir: Azərbaycanla USAID arasında yaxşı münasibətlər var

Bu gün, dekabrın 14-də Brock Birman-ın rəhbərlik etdiyi nümayəndə heyətini baş naziri Novruz Məmmədov da qəbul edib.

Nazirlər Kabinetinin məlumatına görə, Novruz Məmmədov görüşdə Azərbaycan hökuməti ilə USAID arasında yaxşı münasibətlərin olduğunu qeyd edib.

“Ötən illər ərzində bizim kənd təsərrüfatı, səhiyyə, humanitar və digər sahələrdəki əməkdaşlığımız səmərəli olub. Biz bundan sonra da əməkdaşlığımızı konstruktiv əsaslarda davam etdirmək əzmindəyik”, baş nazir vurğulayıb.

Görüşdə Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu bildirilir.

XS
SM
MD
LG