Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Serbiya baş nazirinin homoseksual yoldaşı doğub


Serbiyanın baş naziri Ana Brnabic
Serbiyanın baş naziri Ana Brnabic

Serbiya baş naziri Ana Brnabicin homoseksual həyat yoldaşı oğlan uşağı doğub.

Bu barədə məlumatı baş nazirin ofisi yayıb. Serbiya eynicinsli nikahları tanımır.

Baş nazirin ofisi bildirir ki, "Ana Brnabic vəzifədə olarkən həyat yoldaşı uşaq doğmuş ilk baş nazirlərdən biridir və bu, eynicinslilər arasında bütün dünyada ilk hadisədir”.

Bəyanatda deyilir ki, uşağın anası Milica Djurdjic və onun körpəsi Igorun sağlamlığı qənaətbəxşdir.

Serbiya millət vəkilləri 2017-ci ildə Brnabicə səs verərək ölkələrinin ilk qadın baş nazirini və açıq gey olan liderini seçiblər.

Eynicinsli nikahlar Serbiyada qanuni sayılmır, amma bəzi xəbərlərə görə bunu leqallaşdıran qanun qəbul edilə bilər.

Bunu təkcə baş nazirin homoseksuallığına görə yox, həm də Avropa İttifaqı üzvlüyü üçün şərt kimi etmək lazım gələcək.

Brnabicin özü Serbiyada eynicinsli nikahların leqallaşdırılmasına münasibət bildirməkdən adətən imtina edir.

ABŞ və Britaniya təhsilli 43 yaşlı Brnabic Serbiyanın populist prezidenti Aleksandar Vucicin müttəfiqidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG