Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Britaniya müdafiə naziri ‘informasiya sızmasına’ görə vəzifəsindən azad edildi


Gavin Williamson
Gavin Williamson

Britaniyanın baş naziri Theresa May ölkənin müdafiə nazirini tutduğu vəzifədən azad edib.

O bildirib ki, bu qərar hökumətin Çinin Huawei telekommunikasiyalar şirkəti barəd’ məxfi müşavirəsindən məlumatın sızmasına dair təhqiqatın nəticəsi əsasında qəbul edilib.

Britaniya hökumətinin mayın 1-də açıqlanmış rəsmi məlumatında deyilir ki, Milli Təhlükəsizlik Şurasından informasiyanın sızmasına görə Gavin Williamson-un məsuliyyət daşıdığı “tam sübuta yetirilib”.

Baş nazir bildirir ki, bu informasiyanın başqa hər hansı şəraitdə açıqlammsı istisna olunur.

Hakim Mühafizəkar Partiyadan beynəlxalq inkişaf naziri Penny Mordaunt ölkənin yeni müdafiə naziri təyin edilib.

Williamson sonradan yazdığı tvitdə informasiyanın sızması ilə hər hansı əlaqəsini inkar edib:

“Mən bu məlumat sızmasında hər hansı iştirakım barədə iddiaları qəti şəkildə rədd edirəm və əminəm ki, daha təfərrüatlı araşdırma məni təmizə çaxara bilərdi”

Ötən həftə Britaniya qəzetləri ölkə Milli Təhlükəsizlik Şurasının, Huawei şirkətinə Birləşmiş Krallığın 5G kommunikasiya şəbəkəsini qurmaq icazəsi vediyini yazırdı.

Bundan az əvvəl Birləşmiş Ştatlar müttəfiqlərini Çin şirkətini 5G şəbəkələrinin yaradılmasından kənar tutmağa çağırmışdı.

Vaşinqton israr edir ki, Çin hökuməti bu şirkət vasitəsilə onun şəbəkələrinə müdaxilə imkanı qazana bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG