Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:56

Britaniyada Breksitə görə ‘aləm qarışıb’


Baş nazir Boris Johnson (solda) və müxalif Leyborist partiyasının lideri Jeremy Corbyn
Baş nazir Boris Johnson (solda) və müxalif Leyborist partiyasının lideri Jeremy Corbyn

Britaniyanın baş naziri Boris Johnson ölkənin Avropa İttifaqından ayrılması məsələsində yaranmış pat vəziyyəti ilə bağlı dekabrın 12-də erkən parlament seçkisinin keçirilməsinə çağırıb.

Johnson oktyabrın 24-də deyib ki, o gələn həftənin əvvəlində, oktyabrın 28-də erkən seçki keçirilməsi barədə məsələni parlamentin müzakirəsinə verəcək.

Bundan əvvəl, oktyabrın 22-də Britaniya parlamenti onun ölkəni tez bir zamanda Avropa İttifaqından çıxarmaq cəhdinin qarşısını almışdı.

Millət vəkilləri bildirmişdilər ki, onlara Boris Johnson-un Avropa İttifaqı ilə razılaşdırdığı saziş layihəsini təhlil etmək üçün daha çox vaxt lazımdır.

Britaniya və İttifaq arasında son razılaşmaya görə Birləşmiş Krallıq bu blokdan oktyabrın 31-dək çıxmalıdır.

Baş nazir müxalif Leyborist Partiyasının lideri Jeremy Corbyn-ə yazdığlı məktubda bildirir ki, o millət vəkillərinə sənədin müzakirəsi üçün daha çox vaxt verməyə hazırdır, amma əvəzində parlament dekabrda erkən seçki keçirilməsinə razılıq verməlidir.

Bu, Boris Johnson-un erkən seçki keçirmək üçün etdiyi üçüncü cəhddir.

Britaniyada növbəti parlament seçkiləri 2022-ci ildə keçirilməlidir, lakin Johnson və onun hökumətinin fikrincə erkən seçki “Breksit dalanından” çıxmağın yeganə yoludur.

Erkən və ya Britaniyada deyildiyi kimi “qəfil” seçkinin keçirilməsi üçün Johnson-un təklifi parlament üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənməlidir.

Müxalifət partiyaları indiyədək bundan imtina ediblər.

Müxalif Leyborist Partiyası bildirib ki, parlament seçkisinə yalnız Britaniyanın Avropa İttifaqından sazişsiz ayrılmayacağına yazılı zəmanət verildiyi halda razı ola bilər.

Avropa Şurasının prezidenti Donald Tusk Avropa İttifaqının 27 üzv ölkəsinə Londona Breksitin ləngidilməsi üçün daha çox vaxt verilməsini tövsiyə edib.

Breksit indiyədək iki dəfə ləngidilib. Buna qədər Britaniya Avropa İttifaqını martın 29-dək tərk etməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG