Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Britaniya Ukrayna hərbçilərinə daha bir il təlim keçəcək


Ukrayna ordusu, Ordu Günü, 6 dekabr 2016

Böyük Britaniya Ukrayna hərbçilərinin hazırlanması proqramını daha bir il uzadıb.

Müdafiə naziri Michael Fellon bildirib ki, britaniyalı hərbi mütəxəssislər Ukraynada 2018-ci ilin sonuna qədər qalacaqlar. London Rusiyanın aqressiv davranışına baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir, Fellon bildirib.

Yerli media məlumat verir ki, 2017-ci ilin martına kimi Britaniya təlimatlarını keçən ukraynalı hərbçilərin sayı 5 mindən çox olacaq.

Təlim proqramı ötən ilin martında başlayıb və o zaman Britaniyanın baş naziri olan Devid Kameron bəyan etmişdi ki, ukraynalı hərbçilərə piyada döyüşü, loqistika, kəşfiyyat məlumatlarının analizi və tibbi yardım göstərilməsi ilə bağlı təlim keçiriləcək.

XS
SM
MD
LG