Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Britaniya Avropa Birliyini 50 milyar dollarlı ödəməməklə hədələyir


Theresa May və Emmanuel Macron. Foto arxiv
Theresa May və Emmanuel Macron. Foto arxiv

Britaniya bildirib ki, əgər ölkənin Avropa Birliyindən çıxamsı ilə bağlı danışıqlarda tərəfləri qane edən ticarət razılaşması əldə olunmasa, London “Brekzit”lə bağlı məbləği ödəməyə bilər.

Qeyd edək ki, Britaniya Avropa Birliyindən çıxmaq üçün, birliyə müəyyən məbləğ ödəməlidir.

AzadlıqRadiosunun məlumatına görə, bunu Britaniyanın “Brekzit” məsələləri üzrə naziri Dominic Raab bildirib.

Onun sözlərinə görə razılaşmanın olmaması o deməkdir ki, öhtəlik də yoxdur.

“Bir tərəfin şərtləri yerinə yetirməsi, digərinin isə yerinə yetirməməsi mümkün deyil”, deyə nazir bildirib.

Böyük Britaniyanın baş naziri Thereza May bundan əvvəl bildirmişdi ki, London ölkənin Avropa Birliyindən çıxmasına görə xərcləri ödəməyə qarşı deyil.

Söhbət 50 milyard dollardan gedir.

Britaniya hökumətinin bu günlərdə qəbul etdiyi plana görə, London Avropa Biriyi ilə gömrük ittifaqının saxlanmasını istəyir.

Amma Londonla Brüssel arasında danışıqlar ağır gedir və müşahidəçilər , Britaniyanın Avropa Birliyindən çıxmasının ləngiyəcəyini istisna etmirlər.

Hadisələrin inkişafının mümkün variantlarından biri odur ki, belə halda tərəflər Ümumdünya Ticarət Təşkilatının qaydaları əsasında ticarətə dönə bilərlər.

Bu isə bir sıra mallar və xidmətlərə kömrük rüsumu tətbiq edilməsi və digər məhdudiyyətlərlə nəticələnə bilər.

Buna da bax:"Trump Theresa May-ə Avropa Birliyini məhkəməyə verməyi məsləhət görüb".

Donald Trump və Theresa May
Donald Trump və Theresa May

​Qeyd edək ki, Böyük Britaniya 2019-cu il martin sonunadək Avropa Birliyindən çıxmalıdır.

Britaniya sakinləri 2016-cı ildə ölkədə keçirilən referendum zamanı çüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

XS
SM
MD
LG