Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:43

Britaniya yenidən tam karantinə keçir


London küçələrində
London küçələrində

Britaniyanın baş naziri Boris Conson yanvarın 4-də bəyan edib ki, İngiltərə bütünlüklə tam karantin vəziyyətinə qayıdır.

O bildirib ki, bu, ölkədə koronavirusun daha sürətlə yoluxan yeni ştammının fəlakətli şəkildə yayılması ilə bağlı atılan addımdır.

Yeni sərt karantın qaydalarına görə məktəblər əksər uşaqlar üçün bağlı olacaq və adamlardan son dərəcə zəruri olduğu hallar istisna edilməklə evdən işləmələri istənəcək.

Boris Conson yeni karantini televiziya ilə canlı yayımlanan müraciətində elan edib.

O bildirib ki, sərt məhdudiyyətlər yanvarın 4-dən 5-nə keçən gecə qüvvəyə minir.

Koronavirusun B.1.1.7 ştammı İngiltərənin London da yerləşən cənub-şərq hissəsində tüğyan edərək epidemiyanın nəzarətə götürülməsi cəhdlərini puça çıxarıb.

Britaniyada pandemiya başlanandan bəri COVID-19-dan 75 min nəfər vəfat edib.

Bu, bütün dünya üzrə 6-cı göstərcidir.

Vaksindən nigaranlıq var

Ötən ay Britaniya Pfizer və Almaniyanın BioNTech vaksini ilə bütün dünyada peyvəndləməyə başlayan ilk ölkə olub.

Bu peyvəndləmə qaydasına görə hər bir şəxsə bir neçə həftə ərzində vaksinin iki dozası vurulmalıdır.

Buna baxmayaraq hökumət birinci dozanın mümkün qədər çox insana vurulmasını istəyir.

Beləliklə də ikinci dozanın vurulması sonraya saxlanır. Ekspertlər belə strategiyaya şübhə ilə yanaşırlar.

Alimlərsə narahatdırlar ki, hazırda vurulan vakinlər virusun Cənubi Afrikadan bütün dünyaya yayılan yeni ştammının qarşısını almaya bilər.

Koronavirusu indi də türkəçarə ilə müalicəyə cəhd edənlər var
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xəstəxanalarda çarpayı çatışmazlığı ola bilər

Bu arada Birləşmiş Krallığın vəzifəli səhiyyə rəsmiləri xəbərdarlıq ediblər ki, növbəti 21 gün ərzində ölkə xəstəxanalarında çarpayı çatışmazlığı baş verə bilər.

Conson İngiltərəyə aid karantin qaydalarını açıqlayıb, lakin ölkənin muxtar ərazilərinə qərarları müstəqil qaydada qəbul etmək tövsiyə olunub.

Şotlandiya yanvarın 5-dən evdəqal rejiminə keçir və məktəblər bağlanır.

Uels və Şimali İrlandiya artıq karantin vəziyyətində idilər.

Yanvarın 4-də Britaniyada koronavirusa 50 min yeni yoluxma qeydə alınıb.

İngiltərə xəstəxanalarında hazırda 26 min 626 COVID-19 xəstəsi var.

Bu, bir həftə ərzində 30 faiz artım deməkdir və record rəqəm sayılır.

XS
SM
MD
LG