Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Britaniya deyir ki, Rusiya Skripalları çoxdan izləyirmiş


Britaniyanın milli təhlükəsizlik müşaviri Mark Sedwill
Britaniyanın milli təhlükəsizlik müşaviri Mark Sedwill

Britaniyanın milli təhlükəsizlik müşaviri Mark Sedwill aprelin 13-də deyib ki, Rusiyanın kəşfiyyat orqanları Sergey və Yulia Skripalları onlar əsəb-sinir qazı ilə zəhərlənməzdən əvvəl azı beş il müddətində güdüblər.

Skripallar martın 4-də cənubi İngiltərənin Solsberi şəhərində huşsuz vəziyyətdə tapılmışdılar. Britaniya bu qətlə qəsdə görə Rusiyadan şübhələndiyini bildirib. Moskva bu kimi ittihamları rədd edir.

NATO-nun baş katibi Jens Stoltenberg-ə göndərdiyi məktubda Sedwill yazır ki, yalnız Rusiya keçmiş ikili casus və onun qızına kimyəvi hücum üçün “texniki imkanlara, əməliyyat təcrübəsinə və motivə mailkdir”.

Sovet İttifaqı Noviçok kimi tanınan kimyəvi zəhərin dördüncü nəslini 1980-ci illərdə yaradıb.

Sedwill-in yazdığına görə kimyəvi maddələr Volqoqrad yaxınlığında yerləşən və kod adı FOLIANT olan Dövlət Üzvi Kimya və Texnologiya İnstitutunda istehsal olunub.

Daha sonra müşavir yazır: "Çox böyük bir ehtimalla Noviçok adlı agentlər Qərb tərəfindən aşkarlanmalarının qarşısını almaq və kimyəvi silahlara nəzarətdən yayınmaq məqsədilə hazırlanıb”.

Sedwill yazır ki, Sovet İttifaqı çökdükdən sonra Kimyəvi Silahlar Konvensiyasını imzalyan Rusiya Noviçoklar üzərində gedən iş barədə hesabat verməyib.

Müşavirin fikrincə Rusiyadan başqa heç bir başqa sovet respublikasına belə maddələr lazım deyildi.

Kimyəvi Silahların Qadağanı Təşkilatı - OPCW aprelin 12-də Britaniyanın bu maddə haqqında gəldiyi elmi nəticəni qəbul edib.

XS
SM
MD
LG