Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

Rusiyanın RT telekanalı Britaniyadan qovula bilər


Britaniyada medianı tənzimləyən hökumət qurumu Rusiyanın RT telekanalının öz proqramlarında tərəfsizlik prinsipinə riayət edib-etməməsi məsələsini nəzərdən keçirir.

Söhbət ilk növbədə Rusiya dövləti tərəfindən maliyyələşdirilən RT xəbər kanalının İngiltərədə zəhərlənmiş keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yuliya haqqında proqramlarından gedir.

Media tənzimləyicisi Ofcom aprelin 18-də xəbərdarlıq edib ki, RT-nin proqramlarını hazırlayan TV Novosti şirkəti Britaniyada yayın hüququndan məhrum edilə bilər.

Ofcom-un aprelin 18-də verdiyi bəyanatda deyilir ki, TV Novosti son vaxtlaradək xəbər yayınında başqa yayınçılardan çox da fərqlənməyən reportajlar versə də, Solsberidə baş vermiş zəhərlənmə insidentindən sonra Britaniyanın yayın qaydalarını kobud şəkildə pozmağa başlayıb.

Media tənzimləyicisi bildirir ki, RT telekanalının xəbər və reportajlarında tərəfsizlik prinsipinə riayət edilib-edilməməsinə dair 8 ayrıca təhqiqat başlanıb.

Britaniya martın 4-də Skripal və qızının zəhərlənməsinə görə Rusiyanı ittiham edir. Moskva bu insidentlə hər hansı əlaqəsini danır.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, əgər əvvəllər Russia Today kimi tanınan RT Britaniyadan qovulsa, onda Birləşmiş Krallığın media qurumları da Rusiya əməliyyatlarını dayandırmağa məcbur ediləcəklər.

Reuters RT sözçüsünə istinadıən bildirir ki, Solsberi hadisəsindıən sonra RT-nin hadisələrə münasibəti dəyişməyib.

Anna Belkina Reuters-ə yazdığı email-də bildirir ki, RT reportajlarının başqa yayınçıların materiallarından fərqlənməməsini hətta Ofcom da etiraf edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG