Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Britaniyada Avropa referendumu: Qalım, ya qalmayım?


Bu referendum ərəfəsində keçirilən rəy sorğuları göstərir ki, millət ölkənin qarşısında duran şekspirsayağı suala cavab ətrafında ikiyə bölünüb.

Bu gün Birləşmiş Krallıqda Avropa İttifaqında qalıb-qalmamağa dair referendum keçirilir.

Bu referendum ərəfəsində keçirilən rəy sorğuları göstərir ki, millət ölkənin qarşısında duran şekspirsayağı suala cavab ətrafında ikiyə bölünüb.

Reuters agentliyi yazır ki, bu referendum bütün Avropanı və Birləşmiş Ştatları bürümüş populizm şəraitində nəinki Britaniyanın , hətta Avropa İttifaqının özünün gələcəyini müəyyən etməlidir.

Britaniya hələ bu suala cavab vermədən referendum bütün dünyadakı maliyyə və iqtisadi bazarları silkələyib. Neftin və funt sterlinqin qiyməti elə Britaniya havası kimi dəqiqələrlə dəyişir.

Hökumət referendum öncəsi özünün tam neytrallığını elan etsə də, baş nazir açıq çağırış edib.

David Cameron həmvətənlərini Avropa İttifaqında qalmağa çağırıb və deyib ki, bu referendumdan sonra geriyə yol olmayacaq.

Çətin proqnoz

Britaniya mətbuatının ən son məlumatlarına görə baş nazirin çıxışı əhəmiyyətli rol oynayır və hazırda ittifaqda qalmaq istəyənlərin sayı, qalmaq istəməyənlərin sayından azacıq çoxdur.

İki rəqib - keçmiş London meri Boris Johnson və baş nazir David Cameron
İki rəqib - keçmiş London meri Boris Johnson və baş nazir David Cameron

Sual o qədər kəskindir ki, rəy sorğularının özü də haçalanıb.

İki rəy sorğusuna görə Avropa İttifaqında qalmaq istəyənlər çoxluq təşkil edirsə də, iki başqa rəy sorğusuna görə ittifaqı tərk etmək istəyənlər səs çoxluğuna malikdirlər.

Beləliklə nəticənin necə olacağı barədə proqnoz verməzk son dərəcə çətindir.

Britaniyanın Avropa İttifaqından çıxmasına səy göstərən kampaniyanın lideri Boris Johnson keçmiş London meridir.

O, referendum kampaniyasının son günündə deyib ki, “bu, bizim öz ölkəmiz üzərində nəzarəti ələ ala bilməmiz üçün son şansdır”.

Britaniyanın üç nüfuzlu qurumunun – ComRes ictimai rəyi öyrənmə mərkəzinin, poplulyar “The Daily Mail” qəzetinin və ITV telekanalının məlumatına görə Avropa İttifaqında qalmaq istəyənlər irəlidədirlər.

Funt və neft

ComRes təşkilatnın rəhbəri Andrew Hawkins-in dediyinə görə nəticələr o qədər yaxın olacaq ki, cəmiyyətin qarşısında duran başlıca problemi həll etməyəcək.

Milli valyuta funt təlatümlü günlə yaşayır
Milli valyuta funt təlatümlü günlə yaşayır

Lakin buna baxmayaraq, elə ComRes-in nəticələri elan edildikdən dərhal sonra Betfair mərcqoşma firmasının proqnoz nisbətində Britaniyanın Avropa ittifaqında qalma ehtimalı 80 faiz qiymətləndirilib və funt sterlinq il ərzindıə özünün ən yüksək məzənnə səviyyəsinə çatıb.

Britaniya və Avropa İttifaqı arasında gələcək münasibətlər hətta bu referendum olmadan belə kifayət qədər qeyri-müəyyən idi.

Baş nazir David Cameron britaniyalıları ittifaqla yeni danışıqılar aparalıcağına və ölkə üçün daha sərfəli üzvlük şərtləri alınacağına inandırmağa çalışır, lakin Avropa Komissiyasının sədri Jean-Claude Juncker bildirir ki, referendumun nəticələrindən asılı olmayaraq Londonla heç bir yeni danışıqlar aparılmayacaq.

Juncker-dən fərqli olaraq Fransa prezidentiFrancois Hollande Britaniya referendumuna daha həssas yanaşır və bildirir ki, ittifaqdan çıxdıqdan sonra Londonun Avropa vahid bazarına təkrar girişi asan olmayacaq.

Almaniya kansleri Angela Merkel isə Britaniyanın Avropa ittifaqından çıxması ssenarisi barədə heç düşünmək belə istəmədiyini bəyan edib.

Rəy sorğularını dəyişən qətl

Britaniya mətbuatı yazır ki, referenduma bir həftə qalmış leyborist millət vəkili, avropayönlü Jo Cox-un qətlə yetirilməsi ümumi ab-havaya ciddi təsir edib.

Məhz bu hadisədən sonra rəy sorğularının nəticələri Avropada qalmaq istəyən düşərgənin xeyrinə dəyişməyə başlayıb.

Avropa tərəfdarı Jo Cox-un qətli referendum ab-havasını dəyişib
Avropa tərəfdarı Jo Cox-un qətli referendum ab-havasını dəyişib

Ümumilikdə isə Britaniya referendumunun iki mühüm müzakirə mövzusu var. Bunlardan biri iqtisadiyyat, digəri sə mühacirətdir.

İqtisadiyyata gəldikdə ölkənin bütün aparıcı biznesləri Avropa İttifaqında qalmaq niyyətini bildirib.

Hazırda yeganə açıq qalan sual ölkəyə miqrant axının dayandırılmasıdır. Avropa İttifaqından çıxmaq tərəfdarları deyirlər ki, Britaniya ittifaqda qalarsa, daha çox miqrant qəbul etməyə məcbur olacaq.

Onlar elektoratı xüsusilə də Türkiyəyə vizasız gediş-gəliş rejimi verilməsi ehtimalı ilə qorxudurlar.

Avropa İttifaqına tərəfdar olanlar isə bildirirlər ki, miqrant axınının qarşısının alınması Avropa İttifaqı xaricində daha mürəkkəb vəzifə olacaq.

Onlar bunu da deyirlər ki, Türkiyənin tez bir zamanda Şengen zonasına daxil ediləcəyi praktik baxımdan real deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG