Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:39

Britaniya, Azərbaycan da daxil, 44 ölkədən ibarət siyahını ləğv edir


London bələdiyyə polisinin qərargahı
London bələdiyyə polisinin qərargahı

Britaniyada Rusiya və Çin də daxil 44 ölkədən olan onminlərlə insanın bundan sonra polis qeydiyyatına düşməsi tələb olunmayacaq.

The Daily Mail qəzeti yazır ki, belə bir qeydiyyata düşmək ölkədə 6 aydan daha çox müddətdə qalanlar üçün məcburi idi.

Bu ölkələrin siyahısında Azərbaycan da vardı.

Siyahıya habelə Yaxın Şərq ölkələri, o cümlədən İraq, İran və Suriya da daxil idilər.

Qəzet yazır ki, Polis Qeydiyyatı Qaydası kimi tanınan bu prosedur ötən həftə mediaya heç bir açıqlama verilmədən dayandırılıb.

Hələ 2016-cı ildə Britaniya Daxili İşlər Nazirliyi bu siyahının “təhlükəsizliyin qorunmasında” mühüm rol oynadığını bildirmişdi.

The Daily Mail yazır ki, Daxili İşlər Nazirliyinin məsləhətçisi olan ekspertlərdən biri deyib:

“Mən şokdayam. Bu adamlardan toplanan məlumat mühüm kəşfiyyat məlumatı idi. Rusiya və Çinlə bu qədər qarşıdurmamızın olduğui bir vaxtda bu prosedurun ləğvi divanəlikdir”.

Birinci Dünya Müharibəsindən qalan qayda

Lakin Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib:

“Bu iddialar əsassızdır. Sözü gedən qayda Birinci Dünya Müharibəsi dövründən qüvvədə idi və hazırkı vaxtda əhəmiyyətli sayıla bilməz, çünki Daxili İşlər Nazirliyinə ölkəyə gələn hər bir şəxs haqqında məlumat avtomatik daxil olur. Polis də hökumətin bu qərarını alqışlayıb, çünki qaydanın ləğv olunması polisə öz birbaşa vəzifəsini icra etmək – yəni cinayətləri araşdırmaq üçün daha çox imkan verəcək”.

Polis qeydiyyatı qaydası ölkədə 6 aydan çox qalan əcnəbnilərə - tələbələrə və uzun ezamiyyətə gələnlərə şamil edilirdi və 1909-cu ildən qüvvədə idi.

O vaxt bu qaydanın tətbiqindən məqsəd Almaniya casuslarının aşkarlanmasıydı.

The Daily Mail yazır ki, Daxili İşlər Nazirliyi qeydiyyatdan keçmənin hansı ölkələrin vətəndaşları üçün məcburi olduğuna dair məlumatı heç vaxt açıqlanmayıb.

Amma belə güman edilir ki, siyahıya Britaniya üçün potensial milli təhlükəsizlik hədəsi hesab oluann ölkələr salınmışdı.

Lakin Britaniya Miqrasiya Gözətçisinin sədri Alp Mehmet deyib ki, qaydanın ləğv olunması ciddi təhlükəsizlik narahatlığı yaradır və Daxili İşlər Nazirliyi qərarına yenidən baxmalıdır.

Bu da qeyd olunur ki, Daxili İşlər Nazirliyi ötən il 166 min Çin, 30 mindən çox Rusiya, 8000 Əfqanıstan, 6000 min İran vətəndaşına ölkəyə daxil olmaq üçün viza verib.

Sözü gedən siyahıda Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da vardı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG