Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Britaniya koronavirusun ‘ölüm zirvəsini’ aşdığını deyir


Ölkənin tanınmış ekspertlərindən biri deyib ki, Britaniya koronavirus epidemiyasının birinci dalğasında xəstəxanalarda qeydə alınmış ölüm pikini “aşkar şəkildə” aşıb.

Bununla belə, Rosalind Franklin Elmi-Tədqiqat İnstitutunun direktoru, Oksford Universitetinin professoru James Naismith bu bəyanatı verərkən Britaniyada qeydə alınmış ölüm halları 16,509-a çatmışdı.

Aprelin 20-də koronavirusdan daha 449 nəfər vəfat edib, amma bu, bir gün əvvəl olduğundan azdır.

449 həm də son iki həftədə qeydə alınmış ən aşağı ölüm göstəricisidir.

Ötən bazar günü, aprelin 19-da COVID-19 virusundan ölənlərin sayı 596, aprelin 18-də isə 888 nəfər idi.

Ölüm bütün hallarda pis xəbərdir

Professor Naismith deyib ki, ölüm, onun sayından asılı olmayaraq bütün hallarda pis xəbərdir.

Son bir gün ərzində koronavirusa 4676 yoluxma qeydə alınıb və hazırda ölkə üzrə toplam yoluxma rəqəmi 124 min 743-dür.

Hazırda dünya üzrə xəstəliyə yoluxanların sayı 2 milyon 400 min nəfəri, ölənlərin sayı isə 166 min nəfəri keçib. 635 min nəfər xəstəlikdən sağalıb.

Professor Naismith deyib ki, o koronavirus testləri keçirilməsinin sadəlövh şərhlərindən narahatdır.

O bildirib ki, Cənubi Koreya kütləvi testləri uğurla həyata keçirib, amma orada bununla yanaşı bir sıra başqa tədbirlərdən də istifadə olunub.

Hökumət maaşların veriləcəyini deyir

Daily Mail yazır ki, bugün, aprelin 20-də keçirilən hökumət brifinqini ölkənin maliyyə naziri Rishi Sunak aparırdı.

O deyib ki, sevindirici rəqəmlərə baxmayaraq 17 min insan hələ də xəstəxanalarda koronavirusla “ölüm-dirim mübarizəsi” aparır.

Lakin Britaniya Müdafiə Nazirliyinin elmi müşaviri, professor ledi Angela McLean deyib ki, London xəstəxanalarındakı koronavirus pasientlərinin sayı son 7 gündə düşməkdə davam edir.

O ümid etdiyini bildirib ki, tezliklə başqa şəhərlərdə də belə müsbət meyllər müşahidə olunacaq.

Cənab Sunak məlumat verib ki, ölkə boyunca 140 min şirkət milyonlarla insana maaş verilməsi üçün xüsusi hökumət proqramına müraciət edib.

Maliyyə naziri qeyd edib ki, hökumət bu istiqamətdə şirkətlərə dəstək vermək üçün vəsait ayırmaq imkanındadır.

Bakı karantində: Dezinfeksiya və polis yoxlamaları
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Aşırı reaksiya

Lakin bəzi ekspertlər Britaniya hökumətini, pandemiyaya qarşı tədbirlərə onların fikrincə, aşırı önəm verməsinə görə tənqid edirlər.

Oksford Universitetinin başqa bir eksperti Carl Heneghan iddia edib ki, əslində Britaniyada hökumətin karantin elan etdiyi gün (23 mart) artıq yoluxma əmsalı iki dəfə azalmışdı və belə aşırı tədbirlərə ehtiyac yox idi.

Hökumət martın 16-da əllərin yuyulması və fiziki məsafə kimi məsləhətlərini artıq səsləndirmişdi.

Professor Heneghan əslində İsveçin pandemiyaya reaksiyasını dəstəkləyən ekspertlərdən biridir.

Məlum olduğu kimi İsveç pandemiyaya görə heç bir karantın elan etməyib.

İsveçdə aprelin 20-də təzə yoluxanların sayı 392, ölənlərin sayı isə 40 olub. Bu Britaniya rəqəmlərinin 10 faizi deməkdir.

Oksford professoru bunu da bildirib ki, virusa real yoluxma reyti 0.1-lə 0.36 faiz arasındadır və bu, hökumətin elan etdiyi 13 faiz rəqəimnindən xeyli azdır.

Lakin əksər ekspertlər belə yanaşmanı qəbul etmirlər və epidemiyaya səthi münasibət adlandırırlar.

Vaksin bu həftə sınaqdan çıxarılacaq

Bu arada xəbər verilib ki, Britaniyada koronavirus vaksininin kliniki sınaqlarına artıq bu həftənin sonunda başlamaq mümkün olacaq.

Bu barədə məlumatı BBC telekanalının Breakfast proqramına Oksford Universitetinin professoru Sarah Gilbert verib.

Lakin alim təəssüflə bildirib ki, virusun hələ də “dövriyyədə” olduğu bir vaxtda vaksin üzərində işləmək mürəkkəbdir.

Professor Gilbert deyib ki, vaksin bundan əvvəl uğurlu nəticə vermiş mövcud texnologiya əsasında hazırlanır.

O qeyd edib ki, vaksin üzərində işə yanvar ayından başlanıb, halbuki normal halda buna azı 5 il vaxt lazımdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG