Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:13

Britaniya məhdudiyyətləri daha 6 ay uzadır, karantin elan etmir


London
London

Britaniyanın baş naziri Boris Johnson sentyabrın 22-də koronavirus pandemiyası ilə bağlı xalqa müraciət edib.

O deyib ki, ölkədə yoluxmaların kəskin artmaqda olması hökuməti COVID-19-la bağlı məhdudlaşdırıcı tədbirləri növbəti 6 ay üçün uzatmağa, habelə yeni məhdudiyyətlər qoymağa məcbur edib.

Bundan əvvəl Britaniya alimləri bildirmişdilər ki, ciddi tədbirlər görülməzsə, ölkədə koronavirus yoluxmalarının ikinci dalğası tamamilə nəzarətdən çıxa bilər.

Baş nazir Boris Johnson xalqa müraciət edib
Baş nazir Boris Johnson xalqa müraciət edib

Baş nazir sözünü geri götürür

Lakin buna baxmayaraq Johnson mart ayında olduğu kimi tam karantin elan etməyib.

O ölkə sakinlərini mümkün olan bütün hallarda evdən işləməyə çağırıb.

Bundan başqa yeni tədbirlərə görə bar və restoranlar axşam saat 22-də bağlanacaq. Barlarda piştaxtalarda xidmət göstərilməsi dayandırılacaq.

Lakin baş nazir əlavə edib ki, vəziyyət indikindən də ağır olarsa, onda hökumət daha sərt məhdudlaşdırmalara əl ata bilər.

Bundan bir neçə həftə əvvəl Johnson adamları mümkün olduğu hallarda iş yerlərinə qayıtmağa çağırmışdı.

10 min funt sterlinq cərimə

Reuters yazır ki, Britaniya hökumətinin koronavirusla bağlı yeni tədbilərinin ikinci dalğanın öhdəsindən gəlmək üçün kafi olub-olmayacağı bilinmir.

Hökumətin elmi müşavirləri bildiriblər ki, oktyabrın ortalarında Britaniyada gündəlik yoluxmaların sayı 50 mini aşa bilər.

Johnson deyib ki, maskadan istifadə yerlərinin siyahısı genişləndiriləcək və polisə dəstək üçün ordu hissələrinin yeridilməsi nəzərdə tutulacaq.

O məktəb və universitetlərin açıq qalacağını bildirib.

Yeni qaydalara görə COVID qanunlarını pozan bizneslər üçün 10 min funt sterlinq cərimə nəzərdə tutulur.

Fərdlər ictimai yerlərdə maska taxmadıqlarına görə 200 funt sterlinqədək cərimə oluna bilərlər.

“Bizim xalqımız daha azadlıqsevərdir”

Yoluxmalarla bağlı vəziyyətin niyə Almaniya və İtaliyada olduğundan daha pis olması barədə millət vəkillərinin suallarına cavab verən baş nazir deyib:

“Bizim ölkəmizlə bir çox başqa ölkələr arasında bir mühüm fərq var ki, bu da bizim ölkəmizin daha azadlıqsevər ölkə olmasıdir…Britaniya əhalisini ucdantutma qaydalara tabe etdirmək çətindir”.

Birləşmiş Krallıq hazırda koronavirusdan ölüm hallarına görə Avropada birincidir.

Britaniyada indiyədək COVID-19-dan 42 min nəfər vəfat edib.

İngiltərə Bankının direktoru Andrew Bailey xəbərdarlıq edib ki, xəstəliyin bu sürətlə və bu miqyasda yayılması iqtisadiyyata dərin yara vura bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG