Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 00:30

Britaniya kömürə qayıdır?


Britaniya hökuməti son 30 ildə ilk dəfə olaraq ölkədə kömür şaxtasının tikintisinə icazə verib.

Hökumətin bu qərarı ən müxtəlif dairələrdə tənqid olunur.

Yeni şaxtanın tikintisi nəticəsində 500-dək iş yerinin açılacağı gözlənilir.

Bu şaxtadan ildə 2.8 milyon ton kömür çıxarılacaq. Hökumət bildirir ki, bu kömür xaricdən idxal olunan kömürü əvəz edəcək və ondan elektrik enerjisinin yox, poladın istehsalı üçün istifadə olunacaq.

Lakin Britaniya poladəritmə zavodlarının əksəriyyəti gələcək şaxtadan çıxarılacaq kömürdən imtina ediblər. Bu, həmin kömürüm tərkibində kükürdün çox olması ilə bağlıdır.

Bu kömürün Avropa İttifaqına ixrac imkanları da suallar doğurur, beləki buradakı zavodlar polad əridilməsinin daha ekoloji metodlarına keçirlər.

“Yaşıl” enerjiyə keçid planları dəyişir

Ekoloqların hesablamasına görə yeni şaxta atmosferə 400 milyon tonadək istixana qazları buraxacaq. Bu, 200 min avtomobilin buraxdığı istixana qazlarının həcminə bərabərdir.

Layihənin əleyhdarları bunu da bildirirlər ki, şaxtanın işə salınması Britaniyanın bərpa olunan enerji növlərinə keçilməsindəki dünya liderliyinə xələl gətirəcək.

Lakin Britaniya hökuməti israr edir ki, şaxtanın ətraf mühitə ümumilikdə təsiri “neytral” olacaq.

Hökumət habelə vəd edir ki, şaxtanın tikintisi onun 2050-ci ilədək atmosferə tullantıların sıfra endirilməsi planlarını pozmayacaq, beləki şaxta 2049-cu ilədək dondurulacaq.

Rusiyanın Ukraynaya müdaxiləsi bir çox Avropa ölkələrini “yaşıl” enerjiyə keçid planlarına yenidən baxmağa məcbur edib.

Qazın qiymətinin qalxması və Rusiyadan qaz ixracındakı qeyri-müəyyənlik Avropa ölkələrini enerji istehsalı üçün kömürə keçmək məcburiyyəti qarşısında qoyub.

Kömür qayıdır

Bank of America bankının hesablamasına görə Ukraynada müharibə başlanandan bəri Avropanın kömür elektrik stansiyalarında enerjinin istehsalı ötən illə müqayisədə 25 faiz artıb.

Coalmint konsaltinq firmasının hesablamasına görə eyni müddət ərzində Avropanın Avstraliyadan, Cənubi Afrika və İndoneziyadan kömür idxalı 11 dəfə artıb.

Yeni şaxtadan başqa Britaniya hökuməti habelə Şimal dənizində yeni neft və qaz quyularının qazılmasına icazə verib.

Çexiya kömür istehsalını azaltmaq planlarını dayandırıb, Fransa isə bağlanmış kömür elektrik stansiyasında işi yenidən bərpa edib.

Alimlər deyirlər ki, qlobal istiləşmənin əsas səbəblərindən biri də istixana qazlarıdır. İstixana qazlarına görə dünyada temperatur və leysan yağışları artır. Bu isə öz növbəsində təbii fəlakətlərin artmasına səbəb olur.

Dünya meteoroloji təşkilatının məlumatına görə son səkkiz il meteomüşahidələrin aparıldığı bütün müddətdə ən isti illər olub.

2021-ci ildə atmosferdəki istixana qazlarının konsentrasiyası ən yüksək həddinə çatıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG