Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:38

Britaniyada bədii kitablara maraq niyə azalıb?


Britaniya kitab nəşri sənayesinin verdiyi məlumata görə ölkədə bədii kitablara xərclənən pulun məbləği son beş ildə 25 faiz azalıb.

Ekspertlər deyirlər ki, bədii ədəbiyyat insanların asudə vaxtı uğrunda sosial media, televiziya, kino və başqa əyləncə sahələri ilə əsl yarışa girməli olub.

Ümumiyyətlə isə fiziki, yəni qeyri-rəqəmsal və ya adi dədə-baba kitablarının satışı artıb. Əlbəttə bu da qeyd olunmalıdır ki, bu artım kulinariya, məşhurların bioqrafiyaları və “özün rənglə” tipli kitabların hesabına baş verib.

Britaniyada elektron kitablara da maraq azalıb
Britaniyada elektron kitablara da maraq azalıb

Başqa sözlərlə ənənvi roman və povest kitablarının alıcısı xeyli azalıb.

Ekspertlər bunu həm də onunla izah edirlər ki, televizya səyyarlaşıb və indi mobil telefonlar adamlarlın harada olmasından asılı olmayaraq telekanalları onların yaxınlığına gətirir.

Britaniyanın Publishers Association nəşriyyatlar birliyinin məlumatına görə Birləşmiş Krallıqda 2012-ci ildən bəri “fiziki kitabların” satışı ilk dəfə olaraq 8 faiz artaraq ötən il 3 milyard funt sterlinqə çatıb.

Təşkilatın məlumatında deyilir ki, ümumilikdə kitabların, rəqəmsal kitabların və jurnalların satışı rekord 4, 8 milyard funt sterlinq təşkil edib. Amma bununla yanaşı elektron kitab satışı 3 faiz azalaraq 538 milyon funta düşüb.

Bu da maraqlıdır ki, qeyri-bədii kitabların satışı 9 faiz artaraq 884 milyon funt sterlinqə yüksəlib.

Bu yüksəlişdə sağlamlıq eksperti Joe Wicks-in 15 dəqiqəyə gümrah seriyasından olan kitabların gur satışı da az rol oynamayıb.

Uşaqlar üçün kitabların satışı 16 faiz artaraq 365 milyon funt sterlinqə çatıb.

Britaniyadan uşaqlar üçün kitabların ixracatı 34 faiz artıb və 116 milyon funt təşkil edib.

2016-cı ildə Britaniyada ən çox satılmış 10 kitab

Britaniya qəzetləri 2016-cı ildə ən yaxşı satılmış 10 kitabın siyahısını veriblər:

“Harry Potter və Lənətlənmiş Uşaq” (Harry Potter and the Cursed Child) - J K Rowling, Jack Thorne və John Tiffany

“Qatardakı qız” (Girl on the Train) - Paula Hawkins

“15 dəqiqəyə gümrah” (Lean in 15) - Joe Wicks

“Gecəyarı bandası” (Midnight Gang) - David Walliams

“Dübyanın ən pis uşaqları” (The World's Worst Children) - David Walliams

“15 dəqiqəyə gümrah-vücud” - Joe Wicks

Səndən sonra (After You) - Jojo Moyes

Guinness Dünya Rekordları(Guinness World Records)

“Brexit adasında beş nəfər” (Five on Brexit Island) - Bruno Vincent

“Əzvay uşağın gündəliyi” (Diary of a Wimpy Kid: Double Down) - Jeff Kinney

Günün bütün mövzuları

XS
SM
MD
LG