Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Britaniya ikili vətəndaşlığı olanları İrana getməkdən çəkindirir


Britaniyanın xarici işlər naziri Jeremy Hunt
Britaniyanın xarici işlər naziri Jeremy Hunt

Britaniyanın Xarici İşlər Nazirliyi ikili Britaniya-İran vətəndaşlığı olan beten şəxslərə çox mühüm səbəb olmadan İrana səfər etməmələri üçün xəbərdarlıq edib.

Guardian yazır ki, bu səfər xəbərdarlığı xarici işlər naziri Jeremy Hunt-ın İranın hazırda bu ölkədə həbsdə olan xanım Nazanin Zaghari-Ratcliffe də daxil ikili vətəndaşlığı olanlarla rəftarından dərin narahatlığını ifadə edir.

Xəbərdə deyilir ki, Britaniya XİN-in Britaniya əhalisinin spesifik qrupuna səfər tövsiyəsi verməsi nadir haldır, lakin Tehran bu şəxslərlə bağlı danışıqlar aparmaqdan imtina edir.

İran ikili vətəndaşlığı olan şəxslərin yalnız İran vətəndaşlığını tanıyır.

Hunt xarici işlər naziri olandan bəri ötən qısa müddətdə Zaghari-Ratcliffe-in məsələsini özü üçün prioritet etməyə çalışır. İran hökuməti ötən ay onu evə buraxmışdı, lakin o üç gündən sonra ədliyyə tərəfindən təkrar həbsxanaya göndərilib.

Hunt hələ də bu qadının azad edilərək Britaniyaya qayıtmasına çalışır, lakin uğur əldə edə bilməyib.

Nazir narahatdır ki, ikili vətəndaşlığı olan britaniyalılar İranın ədliyyə sistemində heç bir müdafiəyə malik deyillər.

Nazirliyin saytında deyilir ki, britaniyalılar, xüsusilə də ikili vətəndaşlığı olan britaniyalılar İranda ədalətsiz həbs kimi problemlə üzləşə bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG