Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Britaniya desantçılarının müxalifət liderinin şəklini hədəf etməsi pislənir


Leyborist Partiyasının lideri Jeremy Corbyn

Britaniya ana müxalifətinin lideri Jeremy Corbyn deyib ki, o Əfqanıstandakı britaniyalı desantçıların atıcılıq məşqində onun şəkillərindən hədəf kimi istifadə etməsindən “şoka düşüb”.

Evening Standard qəzeti yazır ki, Britaniya Müdafiə Nazirliyi Desant Alayının 3-cü batalyonu heyətinin davranışı ilə bağlı təhqiqata başlandığını bildirib.

Britaniya Leyborist Partiyasının lideri Jeremy Corbyn deyib: “Mən belə bir hadisənin baş verməsindən əlbəttə ki, sarsılmışam. Ümid edirəm ki, Müdafiə Nazirliyi bu məsələni təhqiq edəcək, nəyin baş verdiyini aşkarlayacaq və bunu kimin etdiyini müəyyənləşdirəcək”.

Müxalifət lideri deyib ki, “belə bir davranış tamamilə yolverilməzdir və silahlı qüvvələrdən gözlənilən standartdan xeyli aşağıdır”.

Corbyn onun partiyasından olan millət vəkili Rosie Cooper-in ölümlə hədələnməsini və ona qarşı neonasistlərin qətl planını yada salaraq deyib:

“Bəli insanlar arasında ixtilaf var. Amma bu ixtilafları abırlı bir şəkildə yola verin. İyrənc və zorakı bir səviyyəyə enməyin”.

Sosial mediada paylaşılan videoda bir qrup əsgərin atəş xəttində dayanaraq məşq etdiyi görünür.

Bundan sonra kamera atəşin istiqamətinə doğru yönəlir və hədəfin Jeremy Corbyn-ın plakatı olduğu aydınlaşır.

Videoda atılan güllərlərdən bəzisinin Corbyn-in portretini dəlmə-deşik etdiyi görünür.

Bu hadisənin bir neçə gün bundan əvvəl baş verdiyi anlaşılır.

Bu atıcılıq məntəqəsinin Kabul şəhərində hərbi heyətin “mühafiz mələklərin məşqi”adlı təmrini üçün yaradıldığı bildirilir.

Kölgə müdafiə naziri Nia Griffith Twitter-də yayılmış bu videonu “dəhşətli və tamamilə qeyri-məqbul” adlandırıb.

XS
SM
MD
LG