Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 22:07

Britaniya qadağaları qaldırır, dünyada isə yoluxma halları getdikcə artır


London 12 iyul, 2021. Maskalı insanlar.

Ingiltərə iyulun 19-dan demək olar ki, koronovirusla bağlı bütün qadağaları qaldırmağa başlayıb.Baxmayaraq ki, covid-in “Delta”-Hindistan növünə görə, hazırda ölkədə yoluxmaların sayı demək olar ki, rekord həddədir.

Bu barədə Reüters agentliyi məlumat yayıb.

Hazırda Bğyük Britaniyada gündəlik 50 mindən çox yeni yoluxma halı qeydə alınır ki, bu yanvarda qeydə alınmış pik dövründən yalnız azacıq geri qalır.

Ölkənin baş naziri Boris Johnson bildirib ki, inqtisadiyyatı açmaq lazımdır, çünki ölkənin yaşlı əhalisinin təxminən 90 faizi artıq 1 doza, 68 faizi isə 2 doza-tam peyvənd alıb.

Covid-19-un “Delta” ştammı ilk dəfə Hindistanda qeydə alındığından onu Hindistan virusu sayırlar. Artıq xeyli dünya ölkəsinə yayılmış “Delta”ştammı böyük narahatlıq yaradıb. Hökumətlər ya məhdudiyyətləri kəskinləşdirir, ya da əvvəlki qadağaları bərpa etməyə başlayıblar.

Vyetnam və Cənubi Asiyanın digər yerlərində hazırda yoluxma hallarınının yüksək olduğu müşahidə olunur. Buna görə də iki həftəlik karantin rejimi tətbiq edilib.

Hazırda dünyada ən çox yoluxma halı Afrikanın şimalında- Tunisdədədir. Bu ölkə ölüm halllarının sayına görə də qitədə birincidir.

ABŞ-ın səhiyyə rəsmiləri xəbərdarlıq ediblər ki, yaxın aylarda yoluxma hallarının sayı arta bilər. Məlumata görə, Birləşmiş Ştatlarda xəstəxanaya düşən və ölənlərin 99 faizi peyvənd almamış sakinlərdir.Hazırda ölkə əhalisinin 59 faizi covid-ə qarşı tam-2 doza peyvənd alıb. Peyvəndə yazılaşnalrın 2/3-dən çoxu isə heç olmasa 1 doza alıb.

Son 2 həftə ərzində ABŞ-da yeni yoluxma halları artaraq sutkalıq 30 min nəfərə çatıb.Bu yanvardakı pik həddindən xeyli aşağı olsa da həyəcanlı tendensiya qalmaqdadır.

Şərhlər

XS
SM
MD
LG