Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

300-dək britaniyalı cihadçının Türkiyədə gizləndiyi xəbər verilir


Britaniya mətbuatı yazır ki, hər an Birləşmiş Krallığa gizli yolla qayıtmağa hazır olan 300-dək britaniyalı İŞİD döyüşçüsü Türkiyənin müxtəlif yerlərində sığınacaq tapıb.

Bunlar əsasən də Suriyadakı Raqqa və İraqdakı Mosul şəhərlərinin azad edilməsindən sonra qaçan cihadçılardır.

Qərbin kəşfiyyat orqanları bu adamların Avropa şəhərlərində terrorçu hərəkətlər törədə biləcəyinə dair xəbərdarlıq edir.

Suriya kürdlərinin kəşfiyyatından alınan məlumatlara görə əslən Britaniyadan olan 850 İŞİD döyüşçüsü hələ də Suiyanın müxtəlif yerlərindədir.

Oktyabrda açıqlanmış kəşfiyyat hesabatında deyilirdi ki, Britaniyaya Suriyadan, bütün qalan Avropa ölkələrinə olduğundan daha çox İŞİD döyüşçüsü qayıdıb.

Britaniyanın MI6 kəşfiyyat idarəsi qlobal antiterror bölməsinin keçmiş rəisi Richard Barrett-in hazırladığı hesabatda deyilir ki, özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmanın sıralarında olan vətəndaşlarının sayına görə Britaniya yalnız Türkiyə, Tunis və Səudiyyə Ərəbistanından geri qalır.

Ümumiyyətlə, Yaxın Şərqdəki müharibələrdə iştirak etmək üçün 850 britaniyalının münaqişə yerlərinə yollandığı və bunun təxminən yarısının Britaniyaya qayıtdığı düşünülür.

Bununla müqayisədə Almaniyaya 300, Fransaya 271 nəfər qayıdıb.

Hesabatda bu da bildirilir ki, 2017-ci ilin əvvəllərindən may ayınadək olan müddətdə Avropada baş vermiş bütün terror hücumlarının 25 faizində qadınlar iştirakçı olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG