Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Britaniyanın yeni baş naziri Boris Johnson olacaq


Boris Johnson Britaniya mühavizəkarlar Partiyasının lideri seçildi, 23 iyul, 2019
Boris Johnson Britaniya mühavizəkarlar Partiyasının lideri seçildi, 23 iyul, 2019

Boris Conson (Boris Johnson) Böyük Britaniyanın baş naziri olacaq.

Reuters agentliyinin məlumatına görə, o iyulun 23-də "Mühavizəkarlar partiyası" nın yeni lideri seçilib və indi baş nazir kimi Thereza Mayı əvəz edəcək.

Partiyanın 90 mindən çox üzvü yeni lider kimi onun namizədliyini dəstəkləyib.

Onun vahid rəqibi, indiki xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) isə 46 mindən bir qədər artıq səs toplayıb.

55 yaşlı Johnson “Mühavizəkarlar partiyası”ndan İcmalar palatasının deputatı və keçmiş xarici işlər naziridir.

O hesab edir ki, Böyük Britaniya "Brekzit"-lə (Ölkənin Avropa Birliyindıən çıxması) bağlı razılaşma əldə olunub-olunmamasından aslı olmayaraq, oktyabrın 31-dək Avropa Birliyindən çıxmalıdır.

Qeyd edək ki, indiki baş naziri Theresa May, mayın sonlarında istefa verib. Buna səbəb, onun "Brekzit" lə bağlı Avropa Birliyi ilə əldə etdiyi razılaşmanı parlamentdən keçirə bilməməsi oldu.

Həmin vaxtdan bu yana baş nazirlik uğrunda bir neçə dəfə səsvermə keçirilib

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG