Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:15

Avropa prezidenti britaniyalıların Belçika vətəndaşı olmalarını istəyir


Jean-Claude Juncker
Jean-Claude Juncker

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Belçikanın baş nazirini Avropa İttifaqının Belçikadakı təsisatlarında işləyən Britaniya vətəndaşlarına Belçika pasportlarının verilməsinə çağırıb.

Hazırda onların müraciətlərinə əsasən rədd cavabı verilir.

Cənab Juncker-in rəhbərlik etdiyi Avropa Komissiyasında çalışan 1000-dək britaniyalı, Birləşmiş Krallıq Avropa İttifaqından çıxdıqdan sonra avtomatik olaraq Avropa vətəndaşlığını itirəcək.

Reuters-in məlumartına görə Cənab Juncker britaniyalılara Belçika pasportlarının verilməsi xahişilə bu ölkənin baş naziri Charles Michel-ə birbaşa, Avropa Parlamentindəki debatlar zamanı müraciət edib.

Avropa İttifaqının təsisatlarına qucaq açmış Belçikanın səxavət və qonaqpərvərliyini tərifləyən Juncker Michel-ə belə müraciət edib:

“Mən arzu edərdim ki, Belçika hakimiyyəti eyni lütfkarlığı Brüsseldəki britaniyalı rəsmilərə Belçika vətəndaşlığı verməklə nümayiş etdirsin. Onlar buna layiqdirlər. Amma mən bilirəm ki, baş nazir bəzi vaxtlarda son dərəcə lütfkardır. Mən tamamilə əminəm ki, o bizim arzu və rəylərimizi nəzərə alacaq”.

Juncker ötən ay britaniyalı əməkdaşlarını əmin edib ki, onlar Britaniya gələn martda Avropa İttifaqını tərk etdikdən sonra işdən çıxarılmayacaqlar.

Belçika öz ərazisində beş il yaşamış şəxslərə vətəndaşlıq verə bilir. Lakin bəzi britaniyalılar bu ölkədə onilliklərlə yaşamalarına baxmayaraq vətəndaşlıq üçün müraciətlərinə rədd cavabı alırlar.

Michel Avropa Komissiyası prezidentinin ricasına ehtiyatlı reaksiya verib. O deyib ki, bu məsələ barəsində Belçikanın ədliyyə sistemində ziddiyyət var, lakin o bu problemi nəzərdən keçirəcəyini vəd edir.

Lakin elə bu debatda iştirak edən bir britaniyalı o qədər də nəzakət nümayuş etdirməyib. Britaniya müstəqillik partiyası – UKİP-in keçmiş başçısı və qatı Brexit kampaniyaçısı Nigel Farage deyib ki, britaniyalılara Belçika vətənsdaşlığının verilməsinə ehtiyac yoxdur, çünki “bugün-sabah Belçikanın özü fransız və holland dillərində danışan əhalisinə görə ikiyə bölünəcək”.

Michel onun bu şərhinə cavabında deyib ki, Farage kimi birisindən dərs almağa ehtiyacı yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG