Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Britaniya Bəhreyndə daimi hərbi bazasını açdı


Bəhreyn həm də ABŞ-ın 5-ci donanmasının bazasıdır
Bəhreyn həm də ABŞ-ın 5-ci donanmasının bazasıdır

Britaniya son qırx ildə özünün Yaxın Şərqdə ilk daimi hərbi bazasını açıb.

London bildirir ki, beynəlxalq dəniz yolları qovşağında yerləşən Bəhreyndə bu bazanın açılmasıBirləşmiş Krallığa Yaxın Şərq siyasətində daha güclü və daha fəal rol oynamaq imkanı verəcək.

Bəhreynin Mina Salman Port limanında yerləşən bu dəniz bazasında Britaniya Kral Qüvvələrinin 500-dək dənizçisi, aviatoru və hərbçisi mənzillənəcək.

Britaniya dəniz qüvvələrinin komandanı Steve Dainton deyib ki, yeni baza regionun dəniz təhlükəsizlyinin təminatında önəmli rol oynayacaq.

O bildirib ki, bazanın əsas funksiyası dəniz məkanında quldurluğa, terrorçuluğa qarşı mübarizə, habelə kommersiya gəmilərinin təhlükəsiz hərəkətinin təminatı olacaq.

Bu dəniz bazasının tikintisinə 2015-ci ildə başlanmışdı.

Səudiyyə Ərəbistanının sahil sularında yerləşən Bəhreyn ABŞ-ın 5-ci donanmasının əsas bazasıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG