Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Britaniya baş nazirinin atası Fransa vətəndaşlığı istəyir


Stenli Conson
Stenli Conson

Britaniyanın baş naziri Boris Consonun atası Stenli Conson Birləşmiş Krallıq Avropa İttifaqından çıxdıqdan sonra Fransa vətəndaşlığı üçün müraciət edib.

O bu barədə RTL radiostansiasına verdiyi müsahibədə bildirib.

Ata Conson hakim Mühafizəkar Partiyanın veteranıdır və 1979-1984-cü illərdə öz ölkəsini Avropa Parlamentində təmsil edib.

Stenli Conson Britaniya 1973-cü ildə Avropa İttifaqına daxil olandan sonra öz ölkəsindən bu blokda vəzifəyə təyin edilən ilk rəsmilərdən biri idi.

Lakin onun oğlu Boris ölkəsinin Avropa İttifaqından çıxmasını təbıiğ etməklə karyera qurub.

Onu baş nazir vəzifəsinə gətirən də elə bu mövqeyi olub.

Boris Conson nəin bahasına olursa olsun, Avropa İttifaqından ayrılmağın tərəfdarı idi.

Ötməkdə olan ilin son günlərində nəyhayət Britaniya və Avropa İttifaqı arasında azad ticarət barədə razılaşma əldə olunub.

Fransa və Britaniya – tarixi rəqiblər

Bu razılaşma Britaniyanın ittifaqdan ayrılmasından sonra onun Avropa İttifaqı ilə ticarət münasibətlərini tənzimləməlidir.

Bu sazişdən sonra Britaniya 2021-ci ilin 1 yanvarından qeyri-ittifaq ölkəsi sayılacaq.

Baş nazirin atası 2016-cı ildə keçirilən referendumda ölkənin Avropa İttifaqından çıxmasına qarşı səs verib.

Stenli Conson deyir ki, Fransa vətəndaşlığı almaq ona Avropa ilə bağlarını saxlamaq imkanı verəcək:

"Mənə heç bir fərqi yoxdur, fransız olum ya yox. Əgər düz başa düşürəmsə mən elə fransızam. Mənim anam Fransada doğulub, onun anası və babası fransız olublar”.

O bildirib ki, Fransa pasportu ona indiyədək malik olduqlarını saxlamaq imkanı verəcək.

Fransa iki dəfə - 1963 və 1967-ci illərdə Britaniyanın Avropa İttifaqına daxil olmasına blok qoymuşdu.

Britaniyanın ittifaqdan çıxmasını ən çox dəstəkləyən də elə Paris olub.

O vaxtlar Fransa prezidenti Şarl de Qol idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG