Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:50

London Avropa İttifaqından ayrılmanın ilk addımını atacaq. Amma nə vaxt?


Britaniyanın baş naziri Theresa May
Britaniyanın baş naziri Theresa May

Britaniyanın baş naziri Theresa May “The Sunday Times” qəzetinə müsahibəsində deyib ki, o 44 il əvvəl Birləşmiş Krallığı Avropa İttifaqının bir hissəsinə çevirən qanunu kraliçanın növbəti dövlət nitqinə daxil edəcək. Bu qanun “Böyük Ləğvetmə Qanunu” adlanacaq.

Lakin baş nazirin bəyanatını Britaniyanın müxtəlif media qurumları birmənalı yozmayıblar.

“The Telegraph” və “Express” kimi ayrılma təbliğatçısı olan qəzetlər xəbəri böyük hadisə kimi təmtəraqlı başlıqlarla veriblər. Lakin əksər qəzetlər ayrılma prosesinin hələ uzun çəkəcəyini və tam olmayacağını yazırlar, heç olmasa ona görə ki, əlahəzrətin nitqi qarşıdan gələn bahardan tez baş verməyəcək.

BBC bildirir ki, əvvəlcə Avropa İcmaları Qanunu Britaniyanın qanunlar toplusundan çıxarılacaq. Bundan sonra topluda qalan Avropa qanunları parlamentin istəyindən asılı olaraq ləğv edilə və ya saxlana bilər. Əslində konstitusiyalı monarxiya adlanan Britaniyanın…konstitusiyası yoxdur.

Sky News telekanalının saytında isə deyilir ki, Avropa qanunları əksərən topluda qalacaq, lakin bundan sonra Britaniya qanunları adlanacaq.

Qəzetlər yazır ki, ölkənin Aİ-dən ayrılmasına 1972-ci il tarixli Avropadan ayrılma qanunun 50 maddəsi aktivləşdirilməyincə başlanmayacaq.

Almaniyanın bura nə dəxli var?

Theresa May bildirib ki, 50-ci maddə Almaniyada 2017-ci ilin sentyabrında keçiriləcək parlament seçkisinədək aktivləşdiriləcək. Yenə də Almaniya parlamentinə seçkilərin Britaniyanın Avropadan ayrılması ilə əlaqə məntiqi başa düşülmür.

Məsələ burasındadır ki, hakim Mühafizkər Partiya Avropa İttifaqından necə ayrılmaq məsələsinə görə parçalanmış vəziyyətdədir.

Millət vəkillərinin bir qismi “sərt ayrılmanın” tərəfdarıdır. Bu zaman Britaniya, ümumiyyətlə Avropa İttifaqının vahid bazarından çıxmalıdır. Lakin digər qrup millət vəkilləri “yumşaq ayrılmanı” dəstəkləyirlər. Bu halda Britaniya vahid bazarda qalacaq və deməli Aİ-nin bir çox qanunlarını qüvvədə saxlamalı olacaq.

Ölkənin bir çox biznesləri vahid Avropa bazarında qalmağın tərəfdarıdır. Lakin bu halda Britaniya sərhədlər üzərindən sərbəst hərəkət prinsipinə riayət etməli olacaq. Bu həm də miqrantların qəbulu kvotasına əməl olunması deməkdir.

Ayrılma tərəfdarları ən çox elə bundan narahatdırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG