Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Britaniya Çin dövlət telekanalının lisenziyasını ləğv edib


Honq Konqda antihökumət etirazı
Honq Konqda antihökumət etirazı

Britaniyanın media tənzimləyicisi - Ofcom Çinin dövlət telekanalının yayım lisenziyasını ləğv edib.

Qurum bildirir ki, buna səbəb telekanalın redaksiya müstəqilliyinin olmaması və onun Çin Kommunsit Partiyasına bağlılığıdır.

Ofcom belə bir nəticəyə apardığı araşdırma nəticəsində gəldiyini qeyd edir.

Təşkilatın fevralın 4-də verdiyi bəyanatda bu da bildirlir ki, Çinin ingilisdilli Global Television Network (CGTN) kanalı Britaniyanın yayım qanunlarını pozub:

"Bizim təhqiqatımız göstərir ki, Çinin Global Television Network kanalının lisenziyasına sahib vahid proqramlar üzərində redaksiya nəzarətinə malik deyildir…və bu kanal birbaşa Çin Kommunist Partiyasının nəzarəti altındadır. Bu, Birləşmiş Krallığın yayım qanunun pozulması deməkdir”.

Ofcom bu kanal üzrə ayrıca bir işdə onun Honq Konq etirazlarının işıqlandırılmasında tərəfsizlik prinsipini pozduğuna görə sanksiyalar qəbul etməyə hazırlaşdığını bildirmişdi.

CGTN Birləşmiş Ştatlarda “dövlət tərəfindən maliyyələşdirilən media” kimi tanınmış 7 Çin telekanalından biridir.

BBC-yə ittiham

Britaniyanın bu qərarının iki ölkə arasında Sintzyandakı uyğurların hüquqları, Honq Konqda demokratiyayönlü nümayişlərin qəddarlıqla dağıdılması kimi məsələlərə görə onsuz da mürəkkəb olan münasibətləri daha da pisləşdirəcəyi gözlənilir.

Çinin Xarici İşlər Nazirliyi Britaniyanın BBC ictimai yayımçısını yanvarın 29-da efirə getmiş reportaja görə tənqid etmişdi.

Bu reportajda söhbət koronavirusdan gedirdi. Çin reportajı “saxta xəbər” kimi qiymətləndirmişdi.

Nazirlik bildirmişdi ki, Pekin cavab tədbirləri görmək haqqına malikdir.

BBC bildirib ki, o öz reportajının obyektivliyindən və səhihliyindən əmindir.

Korporasiya “saxta xəbər” və “ideoloji qərəzlə” bağlı ittihamları rədd edib.

CGTN Ofcom-un qərarından apellyasiya müraciəti edə və lisenziyanın bərpasına cəhd göstərə bilər.

Bu kanalın Britaniyadakı lisenziyasını itirməsi media qurumuna ağır zərbə olacaq.

Beləki şəbəkə Avropadakı əməliyyatlarını Britaniya üzərindən həyata keçirirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG