Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Britaniyanın İcmalar palatası “Brekzit”lə bağlı qanun layihəsini təsdiqlədi


Britaniyanın baş naziri Boris Johnson 20 dekabr 2019
Britaniyanın baş naziri Boris Johnson 20 dekabr 2019

Britaniyanın İcmalar palatası “Brekzit”-ölkənin Avropa Birliyindən çıxması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Reutars-in məlumatına görə, İndi sənəd Lordlar palatasında səsə qoyulmalıdır.

Gələn həfətnin əvvəllərindən orda sənədin müzakirəsinə başlanacağı gözlənir.

Qanun layihəsi, baş nazir Boris Johnson-unbundan əvvəl Brüssellə əldə etdiyi razılaşmaya əsaslanır.

Amma sənəd Johnson-un ötən ilin oktyabrında parlamentdən keçirmək istədiyi əvvəlki versiyadan bir qədər fərqlidir.

Həmin vaxt sənədin qarşısı prosedur səsvermə ilə alındı və bundan sonra ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirildi.

Dekabrın 12-də keçirilən həmin seçkidə Johnson-un rəhbərlik etdiyi mühavizəkarlar qalib gəldi.

Sənəddə, Britaniyanın 2020-ci il yanvarın 31-dək Avropa Birliyindən çıxması nəzərdə tutulur.

Bundan sonra Avropa Birliyi ilə yeni ticarət razılaşması barədə danışıqlar başlanmalıdır.

Müxalifət hesab edir ki, tərəflər bunu ilin sonunadək yekunlaşdıra bilməyəcəklər.

Amma Johnson buna əmindir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG