Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

‘Şəhərin şairi’ vəzifəsinə vakansiya var…Ayı 400 funt sterlinqə


İngiltərənin Bristol şəhər bələdiyyəsi “şəhərin şairi” vakansiyasının tutulması üçün müsabiqə elan edib.

Bristol bələdiyyəsinin bu vəzifəyə elan etdiyi müsabiqədə iştirak üçün ərizələrin dekabrın 1-dək qəbul ediləcəyi bildirilib.

Yerli Bristol qəzeti yazır ki, qalib gəlib bu posta sahiblənəcək “söz ustası” şəhərin həyatındakı 10 əlamətdar tarixə şeir həsr etməli və mer Marvin Rees-in 2018-2020-ci illərdəki hakimiyyəti müddətində müxtəlif rəsmi mərasimlərə və ictimai toplantılara qatılmalıdır.

Məsələn şəhərin hazırkı şairi Miles Chambers 2016 və 2017-ci illərdə şəhər bələdiyyə rəisinin illik nitqi mərasimində şeir oxumuşdu.

Şair həm də Bristol Energy şirkətinin videosunda görünmüşdü.

Şəhər bələdiyyəsi bildirir ki, “biz şəhərin şairi vəzifəsinin davam etdiriləcəyindən məmnunuq”.

Meriyanın müsabiqə elanında xatırladılır ki, Miles Chambers şəhərin əlamətdar günlərində öz istedadını ictimaiyyət qarşısında parlaq şəkildə nümayiş etdirib.

“Mən bu şəhəri sevən bütün şairləri bu vəzifəni tutmaq uğrunda müsabiqəyə dəvət edirəm” – yazıb mer Rees.

Elanda qeyd olunur ki, yalnız Bristolda yaşayan və mətbuatda və ya internetdə şeirləri dərc edilmiş şairlər müraciət edə bilərlər.

Onlar ərizələrinə hər biri 65 misradan çox olmayaraq iki şeir əlavə etməlidirlər. Bu şeirlərin mövzusu əlbəttə ki, Bristol şəhəri olmalıdır.

Ərizəçilər bundan başqa şəhərin şairi vəzifəsinə nə kimi yeni ideyalar gətirə biləcəkləri barədə 300 sözlük rezüme yazmalıdırlar.

Bristol şəhərinin yeni rəsmi şairi 2018-ci ilin yanvarında elan ediləcək.

Britaniya mətbuatı yazır ki, Bristol şairi vəzifəsi Bristol Mədəni İnkişaf Tərəfdaşlığının layihəsi kimi ənənəvi Bristol Festivalı ilə əlaqədar təsis edilib.

Şəhər şairinin illik maaşı 5 min funt sterlinq (11 min 335 manat) məbləğində müəyyən edilib.

Bələdiyyə bunu da bildirir ki, maaşı hətta bir az da artırmaq olar və bu məsələ şəhərin gələcək şairi ilə müzakirə ediləcək.

Yerli qəzetlərin yazdığına görə bələdiyyə şurasının bir sıra üzvləri “bu qədər pulun havaya sovrulmasını” tənqid ediblər.

Amma belə tənqidlərin cavabını Bristol Mədəni İnkişaf Tərədaşlığının və Bristol Festival İdeyaları Şurasının direktoru Andrew Kelly verib:

“Şair bizim və şəhərimizin gördüyü işləri tərif və tənqid etmək üçün lazımdır”.

Kelly xatırladıb ki, Bristol İngiltərədə “şairlər diyarı” kimi tanınır. Britaniyanın illik Poeziya Festivalı bu şəhərdə keçirilir.

Şəhər şairi iki il müddətinə təyin edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG