Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 15:14

Çin prezidenti: Dünya əməkdaşlıq və qarşıdurma arasında seçim etməlidir


BRICS üzvü olan iki ölkənin başçıları Vladimir Putin (solda) və Xi Jinping (Foto arxivdəndir)
BRICS üzvü olan iki ölkənin başçıları Vladimir Putin (solda) və Xi Jinping (Foto arxivdəndir)

Çin prezidenti Xi Jinping BRICS üzvü olan ölkələri proteksionizm və “təktərəfliyə” qarşı birləşməyə çağırıb. Onun bu bəyanatından əvvəl ABŞ prezidenti Donald Trump yeni qlobal ticarət rüsumları ilə hədələyən bəyanatlar vermişdi.

Xi iyulun 25-də deyib ki, dünya “əməkdaşlıq və qarşıdurma” arasında seçim etməlidir, çünki qlobal ticarət müharibəsinin qopacağı təqdirdə, “heç kim qalib olmayacaq”.

BRICS-in Cənubi Afrikanın İohannesburq şəhərində keçirilən 10-cu sammitində cənab Xi deyib ki, “təktərəflik və proteksionizm artmaqdadır və bu, çoxtərəfliyə və çoxtərəfli ticarət sisteminə ağır zərbə vurur”.

Xi deyib ki, onun ölkəsi “açıq qapılar” siyasəti ilə iqtisadi inkişafa nail olmağa çalışacaq.

BRICS qrupuna iqtisadiyyatları inkişaf etməkdə olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

Sammitin açılışından əvvəl Cənubi Afrika Respublikasının ticarət naziri Rob Davies deyib ki, beynəlxalq ticarət sistemi “böyük təlatümlər” dövrünü yaşayır.

Trump Çini, Avropa İttifaqı, Kanada, Meksika və başqa müttəfiqləri ədalətsiz ticarət siyasəti yürütməkdə ittiham edir və bu ölkələr onun şərtləri ilə razılaşmasalar, onlara qarşı daha sərt rüsumlar qoyacağı ilə hədələyir.

BRICS-in bu sammitinin rəsmi gündəliyinə sülhməramlı qüvvələr, yeni texnologiyalar və vaksin araşdırmaları da daxildir.

Sammitə habelə Türkiyə prezidenti Recep Tayyip Erdoğan və bir sıra Afrika dövlətlərinin başçıları da qonaq qismində qatılıblar.

BRICS qrupu dünya əhalisinin 40 faizindən çoxunu təmsil edir.

XS
SM
MD
LG