Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Britaniya parlamenti Breksit razılaşmasını qəbul edib


Boris Johnson
Boris Johnson

Britaniya parlamentinin İcmalar Palatası dekabrın 20-də ölkənin Avropa İttifaqından çıxmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul dib. Bu qanun layihəsi bundan əvvəl baş nazir Boris Johnson-la Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsaslanır.

Qanun layihəsi onun əvvəlki versiyasından bir qədər fərqlənir. Johnson həmin versiyanı oktyabr ayıda parlamentdən keçirməyə cəhd göstərsə də buna nail ola bilməmişdi.

Millət vəkilləri razılaşmanı silsilə prosedur səsvermələri ilə bloklamışdılar. Yaranmış çıxılmaz vəziyyətdə növbədənkənar parlament seçkisi elan edilmişdi.

Dekabrın 12-də keçirilən həmin seçkidə isə Boris Johnson-un rəhbərliyi altında mühafizəkarlar qalib gəliblər.

Sənədin yeni versiyasının leyhinə 358, əleyhinə isə 234 səs verilib. Qanun layihəsini bloklaya bilməyəcəyini bilən müxalifət başlıca diqqətini sənədin mübahiəsli məqamlarının tənqidinə yönəltmişdi.

Belə məqamlardan birinə görə Avropa İttifaqı ilə münasibətlərin keçid dövrü 2020-ci il, dekabrın 31-də başa çatır və bundan o yana uzadıla bilməz.

Daha bir mübahisəli məsələ Avropa İttifaqı ilə yeni ticarət sazişinin imzalanması idi. Qanun layihəsinə görə bu müqavilə parlamentin razılığı olmadan da imzalana bilər.

Yeni qanun layihəsinə görə Britaniya Avropa İttifaqını 2020-ci il, yanvarın 31-dək tərk etməlidir. Bundan sonra Londola İttifaq arasında yeni ticarət sazişinə dair danışıqlar keçirilməlidir.

Müxalifət bu prosesin gələn ilin sonunadək başa çatmayacağından narahatdır. Amma Boris Johnson bunun tam əksini düşünür.

İndi qanun layihəsi İcmalar Palatasında üçüncü oxunuşda səsə qoyulmalıdır. Bundan sonra sənəd Lordlar Palatasında səsverməyə çıxarılacaq.

Britaniya parlamentindəki hazırkı qüvvələr balansı belədir ki, Britaniya Avropa İttifaqından yanvarın 31-dək çıxa biləcək.

XS
SM
MD
LG