Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

BP əsas diqqətini neftdən qaza keçirir


BP şirkəti öz dəyərindən 17.5 milyard dolları siləcək. Bundan əvvəl şirkət özünün neft və qaz qiymətləri ilə bağlı proqnozlarını azaltmışdı.

Reuters yazır ki, şirkətin bu addımı həm də koronavirus pandemiyasının enerji sektoruna vurduğu ağır itkilərlə bağlıdır.

Pandemiya ilə bağlı problemlər BP də daxil böyük neft-qaz şirkətlərinin borclarını artıracaq və əksinə dividendlərini azaldacaq.

Bu da xəbər verilir ki, BP-nin baş icraçı direktoru Bernard Looney şirkətin perspektivləri barədə sentyabr ayında hesabat verəcək.

Bu planlara görə, şirkət diqqətini neft və qazdan bərpa olunan enerji növləri biznesinə yönəldəcək.

BP habelə 2050-ci ilədək neftin qiyməti üçün proqnozunu bir barrel üçün 70 dollardan 55 dollara salıb.

Səhm qiymətləri düşür

Şirkət bildirir ki, koronavirusdan sonrakı dövr aşağı karbonlu iqtisadiyyatın inkişafını sürətləndirəcək.

İyunun 15-də BP-nin səhm qiymətləri 4.3 faiz düşüb.

Ötən həftə BP bildirmişdi ki, bütün işçi qüvvəsinin 15 faizini ixtisar etməyi planlaşdırır.

Şirkət bunu da elan edib ki, yataqların inkişaf etdirilməsi mərhələsində olan bir sıra neft və qaz layihələrinə də yenidən baxılacaq.

Hazırda investorlar şirkətlərə, onların öz əməliyyatlarını Paris iqlim razılaşmasına uyğunlaşdırması üçün təzyiq göstərirlər.

BP və onun rəqibləri 2050-ci ilədək karbon emissiyasını əhəmiyyətli dərəcədə azaldacaqlarını vəd ediblər.

BP bildirir ki, neft və qaz yataqlarının inkişaf etdirilməsinin erkən mərhələsində onun itkiləri 8-10 milyard dollar arasında proqnozlaşdırılıb.

Şirkət bunu da qeyd edir ki, ilkin mərhələdə onun əsas diqqəti neftdən elektrik istehsalı təyinatlı qaza keçəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG