Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Avtoritar prezident müxalif şairin cənazəsini vətənə gətizdirir


Bozor Sobir
Bozor Sobir

Tacikistanın məşhur mühacirət şairi, keçmiş müxalifətçi Bozor Sobir Birləşmiş Ştatlarda 79 yaşında vəfat edib.

Sobirin dul xanımı Gülçehra Sobir AzadlıqRadiosuna deyib ki, şair mayın 1-də Vaşinqtondakı Sietl xəstəxanasında dünyasını dəyişib.

O ağ ciyərlərindəki problemlərlə bağlı aprelin əvvəllərində xəstəxanaya gətirilmişdi.

Tacikistan prezidenti Emomali Rahmon ölkə diplomatlarına Sobirin cənazəsinin vətənə gətirilməsini və Düşənbədə dəfn olıunmasını təşkil etməyi göstəriş verib.

Sobir bir şair kimi 1970-1980-ci illərdə məşhurlaşıb. O vaxtlar Tacikistan hələ SSRİ-nin respublikalarından biri idi.

O 1980-ci illərdə sovet lideri Mixail Qorbaçovun islahatlar elan etməsindən sonra Tacikistan Demokratik Partiyasına daxil olub.

Sobirin şeirləri ingilis, alman, ispan və rus dillərinə tərcümə olunub. Onun şeir kitablarını Əfqanıstan və İranda çap ediblər.

Şair 1993-cü ildə, Tacikistanda 1992-1997-ci illər vətəndaş müharibəsinin getdiyi bir vaxtda həbs olunub. Ona qarşı hökuməti devirmək cəhdi, girov götürmək və sosial narazılıq yaratmaq ittihamları irəli sürülüb.

Sobir bu ittihamları rədd edir və onların siyasi motivli olduğunu deyirdi. O məhkəməyə qədər 9 ay müddətində həbsxanada saxlanıb, lakin beynəlxalq insan haqları təşkilatlarının dəstəyi ilə azad olunaraq, Birləşmiş Ştatlara mühacirət edib.

Sınma nöqtəsi

Lakin birdən birə 2013-cü ildə, Tacikistanda növbəti prezident seçkisinin ərəfəsində vətəninə gəlib və avtoritar lider Rahmonla görüşüb.

Tacikistan przedenti Emomali Rahmon (solda) Bozor Sobirlə 2013-cü ildə görüşmüşdü
Tacikistan przedenti Emomali Rahmon (solda) Bozor Sobirlə 2013-cü ildə görüşmüşdü

Düşənbə hava limanında onu prezident aparatının rəsmiləri və jurnalistlər qarşılamışdılar.

O tacik ziyalıları Rahmonun namizədliyini dəstəkləməyə çağırıb. Hərçənd Rahmonun belə bir dəstəyə ehtiyacı yox idi.

O vaxt televiziya ilə müsahibəsində Sobir bir neçə dəfə vətəninə baş çəkdiyini və heç vaxt, heç bir problemlə üzləşmədiyini demişdi.

Onu Tacikistan vətəndaş müharibəsinin sonuncu qaçqını da adlandırırlar.

Bozor Sobir 1938-ci ilin 20 noyabrında Düşənbədə doğuluib. 1962-ci ildə Tacikistan Dövlət Universitetinin tacik filologiyası fakültəsini bitirib.

“Maorif va Madaniyat” və “Sadoyi Şarq” jurnallarında işləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG