Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:24

İngiltərə səfiri Tehranda qısa müddətə saxlanılıb


Səfir Rob Macaire, arxiv foto

Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire yanvarın 11-də Tehranda saxlanılıb. Səfir qısa müddətə saxlanma səbəbinin Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Tehranda keçirilən etiraz aksiyasında iştirakı ilə əlaqələndirib.

İranın Mehr informasiya agentliyi isə səfir Rob Macaire-nin Tehrandakı Amir Kabir Universitetinin qarşısındakı aksiyada "şübhəli hərəkətlərə səbəb olma" ittihamı ilə saxlandığını yazıb.

Tehranın Ukrayna sərnişin təyyarəsinin İran zenit raketləri tərəfindən səhvən vurulmasını etiraf etməsindən sonra paytaxt Tehranla yanaşı İranın bir sıra şəhərlərində tələbələr etirazlara başlayıb.

Səfir yanvarın 12-də yazdığı twitt-də aksiyada qurbanlara hörmət əlaməti olaraq iştirak etdiyini bildirib. O, qəza qurbanları arasında İngiltərə vətəndaşalrının da olduğunu xatırladıb.

İngiltərə Xarici İşlər Nazirliyi səfirin saxlanmasını "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb.

"Səfirimizin Tehranda əsassız və izahat olmadan tutulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır..."

İran rəsmiləri hadisə ilə bağlı dərhal heç bir açıqlama verməyiblər.

Xatırlatma

Yanvarın 8-i səhər saatlarında Tehran yaxınlığında Ukraynana məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

Tehran bir-neçə gün təyyarənin İran hərbçilərinin atdığı raketlə vurulması ilə bağlı yayılan məlumatları təkzib etsə də yanvarın 11-də bunu etiraf edib.

Prezident və xarici işlər nazirinin etiraf və üzr istəməsindən sonra İran İnqilab Keşikçilərinin komandiri Amirali Hajizadeh də aerokosmik bölmənin Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğuna görə 'tam məsuliyyəti' qəbul etdiyini söyləyib.

Yanvarın 11-də keçirdiyi xüsusi mətbuat konfransında Amirali Hajizadeh deyib ki, Hava Hücümundan Müdafiə sistemi sərnişin təyyarəsini qanadlı raket kimi qəbul edib.

Bu açıqlamalardan sonra İranın bir sıra şəhərlərində etirazlara başlayan tələbələr hakimiyyət və İran İnqilab Keşikçilərinə qarşı şüarlar səsləndiriblər.

XS
SM
MD
LG