Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:50

Rusiyanın şəhərlərində mərhum müxalifət lideri Nemtsovun xatirəsi anılır


Moskvada müxalifət lideri Boris Nemtsovun xatirəsi yad edilir.
Moskvada müxalifət lideri Boris Nemtsovun xatirəsi yad edilir.

Fevralın 24-də Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın şəhərlərində mərhum müxalifət lideri Boris Nemtsovun xatirəsinə həsr edilmiş mitin-yürüşlər keçirilir.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə

Moskvada keçirilən yürüş-mitinqdə aksiyaçılar “Putinsiz Rusiya”, “Putin oğrudur”,”Bizim adımız-Boris Nemtsov” kimi şüarlar səsləndirirlər.

Aksiyaya Vladimir Kara-Murza, Dimitry Gudkov, İlya Yaşin və Mikhael Kasyanov da iştirak edirlər.

Peterburqda keçirilən mitinqdə isə 800-dək adam iştirak edib.

Şəhərin mərkəzinə xeyli qvardiyaçı və polis əməkdaşları çıxarılsa da mitinqə müdaxilə barədə məlumat verilmir.

Bu il Boris Nemtsovun xatirəsinə həsr edilmiş yürüşlərdə, “Nastya Shevchenkoya azadlıq” şüarı da peyda olub.

Söhbət, “Açıq Rusiya” hərəkatının Rastov vilayətindən olan fəalı Anastasiya Shevchenkodan gedir.

O, “arzuolunmaz” təşkilatlarda çalışanlarla bağlı cinayət işində ittiham olunan ilk fəaldır.

Shevchenko yanvarın 23-də həbs edilib, həddi-buluğa çatmamış 3 uşağı var.

Ağır xəstəlikdən əziyyət çəkən böyük qızı, anası ev dustaqlığında olarkən, bu cür uşaqlar üçün nəzərdə tutulan xüsusi internetdə reanimasiyaya düşərək vəfat edib.

Bu insident ölkədə etiraz aksiyalarına səbəb olub.

“Memorial” hüquq-müdafiə mərkəzi Shevchenkonu siyasi məhbus hesab edir.

Boris Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci illərdə müxalifətə keçib. 2015-ci il, fevralın 27-də Moskvanın mərkəzində odlu silahla qətlə yetirilib.

İyulda Moskvada məhkəmə Çeçenistandan olan beş nəfəri bu qətldə təqsirli bilərək uzunmüddətli həbsə məhkum edib.

Ancaq siyasətçinin qohumları və həmkarları onun qətlinin daha yuxarı səviyyədən sifariş olunduğunu deyirlər. Onların fikrincə, qətlin sifarişçiləri tapılmayınca ədalət təmin olunmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG