Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:47

Boris Nemsov haqqında film çəkilib


Boris Nemsov
Boris Nemsov

Oktyabrın 9-u Rusiya müxalifətinin aparıcı siyasətçilərindən biri olmuş, mərhum Boris Nemtsovun 57 yaşı tamam olur. O, ötən ilfevralın 27-də naməlum şəxslər tərəfindən Moskvada öldürülüb.

Rus siyasətçisi Andrey Piontkovski və jurnalist, Nemtsovun silahdaşı olan Leonif Martınyuk onun ölümü ilə bağlı “Son çarə insanı öldürmək deyil” adlı film çəkiblər.

Filmin əsasında duran ideya odur ki, Boris Nemtsovun ölümünün arxasında Çeçenistan rəhbəri Ramzan Kadyrov, Milli Qvardiyanın rəhbəri Viktor Zolotov və Rusiya prezidentinin özü durur.

Film ilk dəfə oktyabrın 6-da Vaşinqtonda nümayiş edilib və sonra You Tube-a yerləşdirilib.

Buna da bax: Nemtsov dəfn olundu

Nemtsovun ölümü ilə bağlı bir neçə şəxs həbs edilib. Amma müxalifət əsl sifarişçilərin açıqlanmadığını düşünür.

Boris Nemtsov Putinin sərt tənqidçisi idi və ölümündən az əvvəl bildirmişdi ki, Rusiyanın Ukraynaya müdaxiləsini sənədlərlə sübut edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG