Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:44

London və Moskva arasında söz müharibəsi şiddətlənir


Boris Johnson martın 21-də parlamentdə çıxış edib
Boris Johnson martın 21-də parlamentdə çıxış edib

Britaniya hökuməti keçmiş casusun zəhərlənməsi ilə bağlı Moskvanın tənqidini şiddətləndirərək bildirib ki, bu insidentin izi Putin hökumətinə gedib çıxır.

Martın 21-də Britaniya xarici işlər naziri Boris Johnson parlament komissiyası qarşısında çıxış edərkən deyib ki, casusun zəhərlənməsi ilə bağlı hadisənin izi Rusiya dövlətinə və onun başında duranlara aparır.

Bu görüşdə millət vəkillərindən biri bildirib ki, Hitler 1936-cı ildə Olimpiya oyunlarından faydalandığı kimi, Putin 2018-ci ilin Dünya Kubokundan faydalanmağa çalışacaq.

Johnson ehtimal etdiyini bildirib ki, keçmiş casusun zəhərlənməsinin vaxtı Rusiyada keçirilmiş prezident seçkisinə hesablana bilərdi.

Britaniya xarici işlər naziri deyib ki, bir çox “qeyri-demokratik fiqurlar” kritik siyasi məqamlarda xarici düşmən obrazı yaratmağa çalışırlar.

Johnson bildirib ki, keçmiş casus Skripalın zəhərlənməsi ilə mümkün qaçaqlara xəbərdarlıq mesajı verilib.

Boris Johnson deyib ki, Britaniya Qərb dəyərlərinin ən qətiyyətli müdafiəçisi və təbliğatçısı kimi Moskvanı daim qıcıqlandırıb.

Bu arada Moskvada Rusiya xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, keçmiş casus insidentinin iki mümkün məntiqi var: Britaniya ya bu terror insidentinin qarşısını ala bilməyib, ya da buna görə məsuliyyət daşıyır.

Rusiya XİN-in vəzifəli rəsmisi Vladimir Yermakov işarə edib ki, bu insidentin bir ucu okeanın o tayından gəlir və Britaniyanın bir nömrəli müttəfiqi olan ABŞ dünyanın ən böyük kimyəvi silah cəbbəxanasına malikdir.

Moskva bildirir ki, özünün kimyəvi silah arsenalını çoxdan ləğv edib, hərçənd Qərb siyasətçiləri buna şübhə edirlər.

Britaniyanın Moskvadakı səfiri Laurie Bristow Yermakovun verdiyi brifinqə getməkdən imtina edib və bu tədbirə səfirliyin aşağı vəzifəli nümayəndəsini göndərib.

Səfirliyin verdiyi bəyanatda deyilir ki, “Rusiya ona ünvanlanmış sorğulara cavab verməkdənsə yalan və dezinformasiya yaymaqla məşğuldur”.

Yermakov deyib ki, Rusiya bu insidentə dair Kimyəvi Silahların Qadağanı beynəlxalq təşkilatının apardığı hər hansı təhqiqatın nəticələrini tanımayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG