Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyun, bazar, Bakı vaxtı 10:05

Baş nazir koronavirusa yoluxduğuna görə ittiham edilir


Boris Johnson

Guardian yazır ki, Britaniyanın baş naziri Boris Johnson öz hökumətinin ictimaiyyətə verdiyi tövsiyələrə baxmayaraq koronavirusa yoluxduğuna görə kəskin tənqid olunur.

Vəziyyəti xüsusilə mürəkkəbləşdirən budur ki, Johnson-la yanaşı virusla mübarizə cəbhəsinin digər iki əsas lideri – səhiyyə naziri Matt Hancock və hökumətin baş səhiyyə müşaviri, professor Chris Whitty də virusa yoluxduqlarını bəyan ediblər.

Bundan əvvəl Britaniyanın vəliəhd şahzadəsi Charles-ın və səhiyyə nazirinin müavini Nadine Dorries-in koronavirusa yoluxduqları xəbər verilib.

Xəstələnənlərin arasında hökumətin Avropa İttifaqı ilə baş danışıqçısı David Frost da var.

Boris Johnson bundan əvvəl də ölkədə COVID-19 virusunun yayılmasına göstərdiyi ləng reaksiyaya və məsuliyyətysiz davranışına görə tənqid olunurdu.

Lakin indi onu konkret olaraq şəxsi sağlamlağına laqeyd münasibətə görə tənqid edirlər.

Jurnalistlər diqqəti Johnson-un başqaları ilə təhlükəsiz məsafə saxlamadığına və üstəlik parlament debatlarına qatılmasına və beləliklə də hökumət və siyasətçilər arasında virusun yayıcısına çevrilə biləcəyinə diqqət çəkirdilər.

Martın 27-də Boris Johnson qaldığı hökumət mənzilindən videomüraciət edib və bildirib ki, fəaliyyətini özünütəcrid şəraitində davam etdirir və ondan və hökumətdən narahat olmağa dəyməz.

“Liderlər öz moizələrinə əməl etməlidirlər”

Lakin London Universitet Kollecinin davranış dəyişiklikləri mərkəzinin direktoru Susan Michie deyib:

“Rəhbər vəzifə tutanlar oxuduqları moizələrə əməl etməlidirlər. Əgər liderlər öz tövsiyələrinə əməl etmirlərsə, özlərinə olan etimada ziyan vururlar. Bu isə əhalinin onların tövsiyələrinə əməl etməsini təsirləndirir. Tövsiyə isə belə idi ki, zəruri olmadıqda işə getməyin, evdən işləyin”.

Xanım Michie deyib ki, baş nazirlə səhiyyə nazirinin virusa yoluxması şəxsən onu təəccübləndirməyib.

İngiltərə İctimai Sağlamlıq İdarəsinin direktoru professor John Ashton deyib ki, hökumət başçıları infeksiyanın yayılmasına “hökumət olaraq necə reaksiya veriblərsə, fərd olaraq da elə reaksiya veriblər”.

Yeməyini qapıda qoyub gedəcəklər

Britaniya hökumətinin binası eyni zamanda həm də baş nazirin evi sayılır. Lakin Boris Johnson millət vəkili kimi parlamentə də gedirdi.

Orada hər çərşənbə axşamı “Baş nazirə suallar” adlı debatlar keçirilir.

Dauninq küçəsi, 10 - həm hökumətin, həm də baş nazirin evi
Dauninq küçəsi, 10 - həm hökumətin, həm də baş nazirin evi

Özünütəcriddə olduğu günlərdə xörəklər Johnson-un evinə gətiriləcək.

Möcvud qaydalara görə yeməkləri gətirən şəxs onu qapının qarşısında qoyub gedir.

Baş nazirin sözçüsü Boris Johnson-un hamilə nişanlısı Carrie Symonds-un da hazırda harada olması barədə suala cavab verməyib. Tövsiyələrə görə indi o da azı 14 gün müddətində özünü ətrafdan təcdrid etməlidir.

Martın 27-ə olan məlumata görə Britaniyada virusa yoluxanların sayı 14,543-ə, COVID-19-dan ölənlərin sayı 759-a çatıb.

XS
SM
MD
LG