Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:52

Britaniya baş nazirinin vəziyyəti sabitdir


Boris Johnson-un olduğu Müqəddəs Tomas xəstəxanasını polis qoruyur
Boris Johnson-un olduğu Müqəddəs Tomas xəstəxanasını polis qoruyur

Britaniyanın baş naziri Boris Johnson hələ də reanimasiyadadır, lakin müalicəyə müsbət reaksiya verir.

SkyNews hökumət təmsilçilərinə istinadən bildirir ki, baş nazirin “əhvalı yaxşıdır”.

Britaniya baş naziri koronavirus kəskinləşməsi diaqnozu ilə ötən bazar günü Londondakı Müqəddəs Tomas xəstəxanasına yerləşdirilib və elə həmin gecə ehtiyat tədbiri kimi reanimasiya şöbəsinə keçirilib.

Bu da xəbər verilir ki, baş nazir çarpayıda otura və tibb heyəti ilə danışa bilir.

Hökumət bildirir ki, Boris Johnson hələlik işləmir və hökumətin idarə olunması xarici işlər naziri Dominic Raaba tapşırılıb.

Baş nazirin sözçüsü deyib ki, Johnson hazırda “adi oksigen müalicəsi” alır.

Bu, sadəcə olaraq xəstəyə əlavə oksigen verilməsi deməkdir. Johnson daimi tənəffüs aparatına qoşulmayıb.

Karantin davam edir

Britaniya hazırda tam karantin rejimindədir.

Ötən ay karantin elan edəndə Johnson demişdi ki, hər üç həftədən bir ölkədəki epidemioloji vəziyyət müzakirə olunacaq.

Pasxa bazar ertəsi günündə ölkənin karantində olmasının üç həftəsi tamam olur.

Lakin baş nazirin özünün xəstəxanaya düşməsi sözü gedən müzakirələrin nə vaxt keçiriləcyi məsələsində qeyri-müəyyənlik yaradıb.

Boris Johnson reanimasiyaya düşməzdən əvvəl ilk müzakirənin elə aprelin 12-də, Pasxa Bazar ertəsi günündə keçiriləcəyini demişdi.

Britaniyanın səhiyyə naziri mediaya bildirib ki, ölkədə karantin şətaitinin yumşaldılması hələ çox tez olardı.

XS
SM
MD
LG