Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:56

KTMT: "Brdyuja Qarabağla bağlı bəyanata görə işdən getməyib"


General Nikolay Bordyuzha

”Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın (KTMT) mətbuat xidməti, təşkilatın keçmiş sədri Nikolay Brdyujanın (Nikolay Bordyuzha) bu vəzifədən getməsinin,onun dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədindəki silahlı insident barədə dedikləri ilə bağlılığı olmadığını bəyan edib.

Qeyd edək ki, Bordyuja həmin vaxt Azərbaycan-Ermənistan sərhədində (Azərbaycanın Qazax rayonu istiqamətində) baş verən bu insidentə münasibət bildirərkən, bunu KTMT üzvü olan ölkənin ərazisində təxribat kimi qiymətləndirib və Dağlıq Qarabağdakı separatçı rejimi «Dağlıq Qarabağ Respublikası» adlandırıb.

Brdyujanın bəyanatının birtərəfli olduğunu bəyan edən Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirilməsi üçün dərhal Moskvaya Nota göndərdi.

Qeryd edək ki, dünya ölkələri Azərbaycanın bu separatçı rejimini “respublika” kimi tanımır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bundan sonra səlahiyyət müddəti başa çatdığı üçün yanvarın 1-də postunu tərk edib.

Onu bu vəzifədə baş katibin müavini Valeriy Semernikov əvəz edir.

KTMT-ni 2002-ci ildə MDB-yə daxil olan 6 ölkə yaradıb. Bu Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Azərbaycan MDB-yə üzv olsa da, KTMT-yə qoşulmayıb.

Onu da qeyd edək ki, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na sədrlik rotasiyaya görə Rusiyadan Ermənistana keçməlidir.

Amma müxtəlif səbəblər üzündən bu hələ də baş tutmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG