Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:32

Yeni prezident Gürcüstan azərbaycanlıları üçün necə olacaq?


Kredit etirazı - Borcu indi də zaminlərdən tuturlar
Gözlə

No media source currently available

0:00 0:15:22 0:00

Kredit etirazı - Borcu indi də zaminlərdən tuturlar

Təhlilçilər deyirlər ki, Gürcüstanda budəfəki prezident seçkisi, əsasən azərbaycanlıların yaşadığı Kvemo-Kartli – Borçalı bölgəsi üçün əlamətdar oldu. Belə ki, hər seçkidə bir qayda olaraq, 80-90 faiz səsi hakimiyyətin namizədinə verən bölgənin sakinlərinin bir hissəsi ilk dəfə idi müxalifətin namizədi, keçmiş prezidentə Mixail Saakşiviliyə yaxın siyasətçi Qriqol Vaşadzeni dəstəkləyirdi.

Bölgənin ictimai fəalı Elvin Buntürk deyir ki, indiyə qədər, “gəmidə oturub, gəmiçi ilə dava etməyək” şüarını əsas tutan, adətən həmişə hakim partiyaları dəstəkləyən bölgənin hakim partiyaya dəstəyi 60 faizi keçmədi, 1-ci turda isə Qardabanidə, Vaşadze qalib olmuşdu, bu isə ciddi dəyişiklikdir. Elvin Bintürk deyir ki, bu dəfə müxalifəti dəstəkləməkdə, bölgənin əsas arqumenti budur ki, Saakaşvilinin dövründə, bölgədə təhlükəsizlik daha güclü idi, indi sakinlər həmin dövrü sanki geri qaytarmaq istəyirlər:

“Reallıq budur ki, son dövrlər oğurluq, bəzi kriminal hadisələr bizim bölgədə artmağa başlayıb. Bu, bütün Gürcüstanda belədir, amma bizim bölgədə xüsusilə belədir. Adamlarda qorxu yaranıb, onlar düşünürlər ki, əvvəlki dönəmlər geri gələ bilər. Odur ki, Sakonun (Mixail Saakaşvili -red.) timsalında müxalifətə səs vermək onlar üçün təhlükəsizliyin qaytarılmasıdır. Bundan başqa Saakaşvili dönəmində, kənd təsərrüfatı malları ilə bağlı gömrükdə daha proteksionist siyasət yürüdülürdü, yəni, qonşu Türkiyə və sairdən kənd təsərrüfatı məhsullarının Gürcüstana daxil olması çətinləşmişdi, ona görə də, bu, iqsadi baxımdan əsasən kənd təsərrüfatı ilə məşğul olan bölgə üçün sərfəli idi”.

Azərbaycanlı gənclər fəallaşır

Elvin Buntürk deyir ki, bu seçki həm də bölgədə siyasi iddialı gəncləri önə çıxartdı, onlar seçki qərargahlarında çalışdılar, fəallıqlarını artırdılar.

Bakıda, Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də deyir ki, bu seçkilər həm də yeni gənclərin parlaması ilə yadda qaldı:

“Bu gün artıq siyasi yetkin gənclərimiz var. Onlar Gürcüstan cəmiyyətini təəccübləndirə bildilər ki, bu bölgədə siyasi yetişkin insanlar var, onlar seçim edə bilirlər”.

Hakim “Gürcü arzusu” partiyasının namizədi Salome Zurabishvili 59 faiz səslə, seçkinin ikinci turunda qalib gəlib.

Ümumilikdə, Gürcüstan parlament respublikasıdır və prezidentin səlahiyyətləri məhduddur, odur ki, prezidentin dəyişməsi, əsaslı islahatlarla nəticələnməyə bilər.

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyir ki, bütün hallarda, Zurabaşvilinin hakimiyyəti dövründə, Borçalıda müsbət dəyişiklik edəcəyinə inanmır, çünki onun fikrincə, hakim partiya əvvəlki dönəmində verdiyi sözlərə əməl etməyib:

“Toponimləri bərpa etməli idi, etmədi, qanunsuz hərraca çıxarılmış torpaqları geri qaytarmağa söz vermişdi, etmədi, sosail yönümdə layihələr həyata keçirəcəyini bəyan etmişdi, əməl etmədi”.

Kvemo -Kartli qubernatorunun müavini Zaur Darqallı isə bu tənqidlərlə razılaşmır, deyir ki, “Gürcü arzusu” bölgənin inkişafı üçün xeyli tədbirlər həyata keçirib:

“2012-ci ildə Gürcü arzusu hakimiyyətə gələndə bizim regionda heç bir infastruktur layihəsi sona qədər icra olunmamışdı, bir çox yolları yenidən çəkdik, yeni məktəblər inşa etdik, hər kəsi tibbi sığorta ilə təmin etdik”.

Zaur Darqallı deyir ki, yerdə qalan problemlərin həlli prezidentdən asılı olmasa da, “Gürcü arzusu” hakimiyyətdə qaldığı müddətdə bu islahatlar davam edəcək.

ATƏT Gürcüstandakı seçkilər haqqında yekun rəyində deyir ki, Gürcüstanda prezident seçkisinin ikinci turu “rəqabətli” keçib, amma tərəflərdən biri “aşırı imtiyazdan” faydalanıb. Söhbət hakim partiyanın seçki öncəsi əhalinin kredit borclarını silməsindən gedir.

Gürcüstandan fərqli olaraq, ATƏT Azərbaycanda bu ilin aprelində keçirilən seçkilərin rəqabətsiz olduğunu bildirmişdi.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycan Gürcüstandan nə öyrənsin?
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Ümumilikdə Gürcüstanın beynəlxalq demokratik göstəriciləri Azərbaycandan daha yaxşıdır. Məsələn, Freedom House beynəlxalq İnsan Haqları Təşkilatının sonuncu insan haqları hesabatına görə, Gürcüstan qismən azad, Azərbaycan qeyri-azad ölkədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG