Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Trump-ın müşaviri Rusiyanı ‘texnologiya oğurluğunda’ ittiham edir


John Bolton
John Bolton

Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton Rusiyanı hipersəs silahı texnologiyasının oğurluğunda ittiham edib.

Bolton bu bəyanatı Rusiyanın Severodvinsk regionundakı Nyonoksa kəndinin yaxınlığında, avqustun 8-də baş vermiş raket partlayışı ilə bağlı hadisəni şərh edərkən verib.

ABŞ mediasının məlumatına görə Rusiya Nyonoksadakı dəniz poliqonunda qitələrarası raketin sınağını keçirirdi.

Bolton bu barədə deyib:

"Baş verən hadisə Rusiyanın nüvə silahının hədəfə çatdırılması sahəsində irəliyə çıxmağa çalışdığını nümayiş etdirir. Görünür nə isə planlaşdırıldığı kimi getməyib. Bu həm də göstərir ki, Rusiya Hollandiyanın iqtisadiyyatı həcmində olan iqtisadiyyatının vəziyyətinə baxmayaraq silahlanmaya əhəmiyyətli məbləğlərdə pul xərcləyir. O nəinki öz nüvə cəbbəxanasını modernləşdirir, həm də nüvə başlıqlarının hədəfə çatdırılması üçün yeni raketlərin – hipersəs raket komplekslərinin və hipersəs qanadlı raketlərinin üzərində işləyir. Bu texnologiyalar əsas etibarilə ABŞ-dan oğurlanmış müdafiə texnologiyalarıdır”.

Lakin Rusiya Müdafiə Nazirliyi yanında elmi-tədqiqat institutlarından birinin rəhbəri Vladimir Dvorkin bu bəyanata cavab olaraq bildirib ki, Rusiya hipersəs silahları texnologiyalarını oğurlamayıb və bu işlə ABŞ-dan xeyli əvvəl məşğul olub.

O deyib ki, uçan hipersəs cihazı hələ Sovet İttifaqında işlənirdi.

Dvorkin Interfax agentliyinə bildirib ki, ABŞ həmin vaxtlarda bu texnologiyalarla məşğul deyildi.

Ekspert əlavə edib ki, uçan hipersəs silahı Rusiya ideyası və Rusiya texnologiyasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG