Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:58

Bolton deyib ki, Trump Putini 2019-cu ildə ABŞ-a dəvət edib


Vladimir Putin (solda) və John Bolton oktyabrın 23-də Kremldə görüşüblər
Vladimir Putin (solda) və John Bolton oktyabrın 23-də Kremldə görüşüblər

ABŞ milli təhlükəsizlik müşaviri John Bolton deyir ki, prezident Donald Trump-ın Rusiya liderinə 2019-cu ildə Birləşmiş Ştatlara səfər dəvətini Vladimir Putinə çatdırıb.

AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Bolton deyib ki, o Trump-ın dəvətini Putinə bu həftənin əvvəllərində Moskvaya səfəri zamanı təqdim edib.

Bolton-un Rusiyaya səfərindən az əvvəl Trump administrasiyası ABŞ-ın Ortamənzilli Raketlərə dair 1987-ci il Müqaviləsindən çıxmaq niyyətini bəyan etmişdi.

Həmin müqavilə bağlandıqdan sonra ABŞ və SSRİ, əksəriyyəti Avropada olmaqla 2700 nüvə raketini ləğv etmişdi. Bu müqavilə Vaşinqton və Moskva arasında silahlara nəzarət sahəsində başlıca sənəd hesab olunur.

Lakin Bolton-un Putinlə görüşü zamanı Suriya müharibəsi, Ukrayna münaqişəsi və Rusiyanın ABŞ-ın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsi kimi başqa məsələlər də müzakirə edilib.

Yerevana səfəri əsnasında danışan Bolton jurnalistlərə deyib ki, hazırda müşavirlər Trump və Putin arasında gələn ay Parisdə keçiriləcək görüşün detalları üzərində işləyirlər.

Trump və Putin Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş mərasimdə iştirak etməlidirlər.

İki lider arasında ötən iyulda Helsinkidə keçirilmiş sammitdən sonra Trump ABŞ demokratları və respublikaçıları tərəfindən kəskin tənqid olunmuşdu.

O bu görüş zamanı Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı Putinin təkziblərinə inandığını demişdi. Bu mövqe ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsi ilə ziddiyyət təşkil edirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG