Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Media ABŞ-ın Putinə xəbərdarlıq edəcəyindən yazır


Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton oktyabrın 20-də Moskvaya səfər etməlidir
Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton oktyabrın 20-də Moskvaya səfər etməlidir

ABŞ mediası xəbər verir ki, Birləşmiş Ştatlar Soyuq Müharibə zamanında SSRİ ilə imzaladığı nüvə silahlarına nəzarət müqaviləsindən çıxmaq məsələsini götür-qoy edir.

Vaşinqton Rusiyanı nüvə silahlarına dair bu təməl razılaşmanın şərtlərini pozmaqda ittiham edib.

The New York Times qəzeti yazır ki, Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton ABŞ-ın Ortamənzilli Nüvə Qüvvələri haqqında 1987-ci il müqaviləsindən (Intermediate-Range Nuclear Forces) çıxmaq niyyəti barədə Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq verəcək.

Qəzetin məlumatına görə oktyabrın 20-də Moskvaya səfər edən Bolton bu barədə xəbərdarlığı birbaşa Vladimir Putinin özünə çatdıracaq.

The New York Times əlavə edib ki, ABŞ qısaca INF kimi tanınan müqavilədən çıxmaq barədə son və qəti qərarını hələlik qəbul etməyib.

Bundan əvvəl prezident Donald Trump bu və silahlara nəzarətə dair başqa müqavilələrə inamsızlıq ifadə edib.

The Guardian bu arada yazır ki, Bolton müqavilədən çıxış barədə tövsiyələri hazırlayıb və bu həftənin əvvəllərində bu məsələ Ağ Evdə ciddi müzakirə olunub.

Hər iki qəzet yazır ki, ABŞ rəsmiləri belə bir addım haqqında Avropa müttəfiqlərini xəbərdar ediblər.

2014-cü ildə Vaşinqton Moskvanı yeni ballistik raketin hazırlanmasında və beləliklə 1987-ci il müqaviləsini pozmaqda ittiham edib.

Bunun ardınca ABŞ Dövlət Departamenti bildirmişdi ki, Moskva sözü gedən raketin yerləşdirilməsinə başlayıb.

Rusiya öz növbəsində ABŞ-ın bu ittihamlarını inkar edib və Birləşmiş Ştatların Avropada yerləşdirdiyi raketdən müdafiə sistemlərinin bir sıra elementlərinin 1987-ci il müqaviləsini pozması barədə əks-ittiham irəli sürüb.

ABŞ prezidenti Ronald Reagan və sovet lideri Mikhail Gorbachev tərəfindən imzalanmış bu müqavilə raketlərin bütöv bir tipinin ləğv edilməsinə dair ilk razılaşma idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG