Rusiya prezienti Vladimir Putin ABŞ milli təhlükəsizlik müşaviri John Boltona deyib ki, o prezident Donald Trump-la dialoqu davam etdirmək istəyir.
Putin bu sözləri oktyabrın 23-də Moskvada Bolton-la 90 dəqiqə sürən görüşünün əvvəlində deyib. Rusiya prezidenti əlavə edib ki, mövqe fərqlərinə baxmayaraq Rusiya-ABŞ dialoqunun davam etdirilməsi mühümdür.
Putin bildirib ki, onun Trump-la noyabrın 11-də, Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının yüzilliyinə həsr edilmiş mərasim əsnasında görüşməsi mümkün ola bilər. Putin yada salıb ki, onun ötən iyulda Trumpl-la Helsinkidə keçirdiyi sammit faydalı olub.
Bolton deyib ki, Trump da Parisdə Putinlə görüşmək istəyir.
"Düşünürəm ki, prezident Trump sizinlə Parisdə sülhün 100-cü ildönümünə həsr olunmuş mərasimin əsnasında görüşmək niyyətindədir”.
Boltonun Moskvaya səfərindən əvvəl, oktyabrın 20-də Trump ABŞ-ın 1987-ci il Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən (INF) çıxmaq niyyətini bəyan edib.
Putin Boltona deyib ki, o, Trump-la silahlara nəzarət barədə müxtəlif məsələləri müzakirə etmək istərdi. Rusiya prezidenti bunu da deyib ki, Moskva Amerikanın “dost hərəkəti adlandırıla bilməyəcək səbəbsiz hərəkətlərindən məyusdur”.
Bolton Moskvaya Çinin hərəkətindən narahat olmağı məsləhət görüb
TASS agentliyi bildirir ki, Bolton bundan əvvəl rusiyalı nazirlərlə görüşlərdə və Rusiya mediyasına müsahibələrində əsasən İran məsələsinə toxunub, bildirib ki, Tehran nüvə proqramı üzərində işi davam etdirir.
John Boldon qeyd edib ki, ABŞ-ın sanksiyalı Tehranı bu yoldan çəkindirmək üçün ona maksimum təzyiq göstərməlidir.
Bolton həmçinin bildirib ki, ABŞ-ın yaxın və orta mənzilli raketlərlə bağlı müqavilədən çıxmaq istəməsini bəyan etməsindən sonra, Avropada raket yerləşdirilmıəsi barədə qərar qəbul edilməyib.
O, Rusiyaya, Çinin “silahlara nəzarət” mqaviləsinə əməl etməməsindən narahat olmağı təklif edib.
Buna da bax:Trump indi də Çinin nüvə silahlanmasından danışır.
John Bolton bildirib ki, Vaşinqton bu müqavilədən çıxmazdan əvvəl Rusiya ilə əlavə müzakirələr aparacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump Boltonun Moskvaya səfəri ərəfəsində, ölkəsinin yaxın və orta mənzilli raketlərlə bağlı 1987-ci ildə tərəflər arasında imzalanmış müqavilədən çıxmacağını bəyan edib.
Rusiyanın xarici işlər nazirliyi Trumpın bəyanatını "şantaj" adlandırıb və bunu pisləyib.
Xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, bu, "çox təhlükəli" addım olardı.