Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Bolton Kiyevdə Azərbaycan qazının üstünlüyündən danışıb


ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Kiyevdə prezident Poroshenko ilə görüşüb
ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Kiyevdə prezident Poroshenko ilə görüşüb

Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, Moskva davnarışını dəyişənədək ABŞ-ın Rusiya üzərindəki sanksiyaları qüvvədə qalacaq.

Avqustun 24-də Kiyevdə prezident Petro Poroshenko ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Bolton deyib ki, Moskva Ukraynada 2019-cu ildə keçiriləcək prezident seçkisinə müdaxilə etməməlidir:

"Biz bu barədə bir neçə müxtəlif görüşlərdə söhbət etdik. Mən rusiyalılara seçkiyə müdaxilə etməmələri barədə verdiyim xəbərdarlığı izah etdim. Burada Rusiyanın Ukraynaya və başqa yerlərə müdaxiləsi barədə də söhbət oldu”.

Bolton Kiyevə səfər etməzdən əvvəl Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev-lə görüşmüşdü. O rusiyalı həmkarlına xəbərdarlıq edərək demişdi ki, ABŞ qarşıdan gələn seçkilərə Moskvanın müdaxiləsinə dözməyəcək.

Bolton avqustun 24-də Poroshenko-ya bunu da deyib ki, Kiyev NATO üzvlüyünə namizəd olmaq istiqamətində tərəqqiyə nail olub.

Bolton bunu da deyib ki, Ukrayna Rusiyanın təbii qazına alternativ tapmaq barədə düşünməlidir.

O bildirib ki, ABŞ prezidenti Donald Trump planlaşdırılan ŞimalAxını 2 qaz kəməri layihəsindən narahatdır. Bu kəmər Baltik dənizinin dibi ilə Rusiya qazını Almaniyaya nəql etməlidir.

"Bu prezident Trump-ın ŞimalAxını 2-dən narahatlıqlarından biridir: Avropa niyə könüllü şəkildəözünü Rusiyanın qaz təchizatına bağlamalıdır? Mən İtaliyanın baş naziri Conte bugünlərdə Ağ Evdə prezident Trump-la görüşəndə bu barədə dedim. Onlar bu məsələni müzakirə etdilər. Biz İtaliyaya TransAdriatik Kəmərlə (TAP) Azərbaycan qazının gətirilməsinin daha üstün olmasının səbəbini izah etdik”.

Bolton əlavə edib ki, başqa qaz mənbələri də var.

Vaşinqton ŞimalAxını 2 kəmərinə görə Avropa müttəfiqlərini sanksiyalarla hədələyib.

Putin avqustun 22-də ŞimalAxını 2 layihəsini müdafiə edərək deyib ki, kəmər Avropa üçün ən münasib qaz təchizatını təmin edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG