Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Trump Putinlə gələn ay görüşməyi 'nəzərdən keçirir'


Donald Trump (sağda) və Vladimir Putin 2017-ci ildə Dananqda keçirilmiş APEC sammitində
Donald Trump (sağda) və Vladimir Putin 2017-ci ildə Dananqda keçirilmiş APEC sammitində

ABŞ prezidenti Donald Trump deyib ki, Rusiya prezidenti Vladimir Putinlə iyul ayında görüşmək imkanını nəzərdən keçirir.

Bloomberg News saytının iyunun 21-də verdiyi xəbərə görə Trump Ağ Evdə ABŞ qubernatorları ilə görüşdə deyib ki, “biz bunun mümkünlüyünü nəzərədən keçiririk”.

CNN diplomatik mənbələrə istinadən bildirir ki, Trump-Putin görüşü iyulun ortalarında, ABŞ prezidentinin Britaniyaya səfərindən və Brüsseldə keçiriləcək NATO sammitindən sonra yer ala bilər.

CNN yenə də açıqlanmayan mənbəyə istinadən bildirib Trump görüşün Vaşinqtonda keçirilməsini istəyir, lakin Moskva sammitin neytral bir yerdə, ehtimal ki, Vyanada keçirilməsində israr edir.

ABŞ milli təhlükəsizlik müşaviri Bolton Moskvaya gedəcək

Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ milli təhlükəsizlik müşaviri prezidentlər Donald Trump və Vladimir Putin arasında mümkün görüşün təşkilini müzakirə etmək üçün qarşıdan gələn bir neçə gündə Moskvaya səfər edəcək.

John Bolton
John Bolton

Prezident Trump-ın xüsusi köməkçisi Garret Marquis yazdığı tvitdə bildirib ki, ABŞ milli təhlükəsizlik müşaviri John Bolton müttəfiqlərlə milli təhlükəsizlik məsəslələrini müzakirə etmək üşün iyunun 25-27-də London və Romaya səfər edəcək, oradan isə mümkün Trump-Putin görüşünün hazırlığı məqsədilə Moskvaya yollanacaq.

ABŞ tərəfinin verdiyi bu məlumatlardan əvvəl Kremlin sözçüsü Dmitry Peskov iyunun 21-də işarə etmişdi ki, Boltonun Moskvaya səfəri gözlənilir:

"Mənim bildiyimə görə belə bir səfər doğrudan da olmalıdır. İndilik yalnız bu qədər deyə bilərik”.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Moksva Birləşmiş Ştatlarla “kontaktlara hazırdır”.

ABŞ prezidenti ötən mart ayında demişdi ki, Putinlə görüş tezliklə gözlənilir. Lakin o vaxtdan bəri Moskva ilə Vaşinqton arasında münasibətlər Suriya münaqişəsinə və keçmiş rusiyalı casusun İngiltərədə zəhərlənməsinə görə daha da pisləşib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG