Braziliyanım yeni prezidenti seçilmiş Jair Bolsanaro-nun (Jair Bolsonaro) andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsinə 3200-dən çox hərbçi və polis cəlb ediləcək.
Bu ölkə tarixində ən böyük belə təhlükəsizlik tədbiridir.
Andiçmə mərasimi yanvarın 1-də keçiriləcək.
Bolsanaro, oktyabrda keçirilən seçkinin ikinci mərhələsində 55 faizdən çox səs toplayıb.
O, qatı sağçı millətçi və mühavizakar baxışlı siyasətçi kimi tanınır.
Təhlükəsizlik və silah gəzdirməyə icazə verilməsi məsələsi, onun seçkiqabağı kampaniyasının əsas mövzularından biri idi. Keçmiş desantçı hesab edir ki, hər bir dürrüst adamın özünü müdafiə etmək üçün silahı olmalıdır.
Onun fikrincə bu, Braziliyanın əziyyət çəkdiyi cinayətkarlıqla mübarizəyə kömək edəcək.
Bolsanaro sentyabrda seçkiqabağı kampaniya zamanı qarın nayihəsindən bıçaqlanıb və iki dəfə əməliyyat olunub.
Braziliya mətbuatının yazdığına görə, andiçmə mərsaimində, İsrailin baş naziri Benjamin Netanyahu və Macarıstanın baş naziri Viktor Orban da daxil olmaqla12 xarici dövlət başçısının iştirakı gözlənir.