Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Bolqarıstan Türkiyə, Rusiya və Azərbaycandan qaz ala biləcək


Baş nazir Boyko Borissov
Baş nazir Boyko Borissov

Bolqarıstan onun ərazisindən tranzitlə Türkiyəyə gedən qaz kəmərinə birləşdirici kəmər əlavə etməklə əsas qaz kəmərinin tutumunu artırıb. Bundan başqa dəyişiklik sözü gedən kəmərdə qazın iki tərəfə sərbəst axınını təmin edilib.

Reuters agentliyi yazır ki, Bolqarıstan hazırda Türkiyəyə çəkilən TürkAxını kəməri ilə Rusiya qazını Avropaya nəql etməyi planlaşdırır.

Cənub-şərqi Bolqarıstandakı 20 kilometrlik birləşdirici sektor Transbalkan qaz kəmərinin tutumunu ildə 17, 7 milyard kubmetrə çatdıracaq. Hazırda tutum ildə 14 milyard kubmetrdir.

Birləşdirici kəmərin açılış mərasimində Bolqarıstanın baş naziri Boyko Borissov deyib: “İndi biz ikitərəfli axına malik qaz kəmərinin tikintisini başa çatdırmışıq. Bu bizə Türkiyə, Azərbaycan və Rusiyadan qaz almaq imkanı verəcək”.

Mərasimdə Türkiyənin energetika naziri Fatih Dönmez də iştirak edirdi.

Sofiya hazırda Türkiyə ilə sərhəddə 11 kilometrlik daha bir birləşdirici kəmərin tikintisini planlaşdırır.

Bu proses hələlik dayandırılıb, çünki tenderdə iştirak edən Bolqarıstan şirkətlərindən biri tenderin nəticələrindən şikayət verib.

Hazırda Rusiyanın Gazprom şirkəti Ukraynadan keçən kəmər vasitəsilə Bolqarıstan və Türkiyəyə ildə 13 milyard kubmetr qaz nəql edir.

Lakin bu kəmərlə qazın nəqli gələn il TürkAxını kəmərinin birinci fazası istismara verildikdən sonradayana bilər. TürkAxını kəməri Rusiyanın öz qazını Ukraynadan yan keçməklə nəql etmək planının bir hissəsidir.

Ukrayna hazırda Rusiya qazının Avropaya nəqli üçün əsas tranzit olaraq qalır.

TürkAxını kəmərinin iki xətti Qara dənizin dibi ilə Türkiyəyə çəkilir. Hər bir kəmərin illik tutumu ildə 15, 7 milyard kubmetr olacaq. Birinci xətt artıq hazırdır və əsasən yerli istehlaka veriləcək.

İkinci xətt Türkiyə ərazisi ilə cənub-şərqi və Mərkəzi Avropaya çəkilir.

Bolqarıstan bildirir ki, qaz nəqli üçün Avropanın giriş məntəqəsi olmaq istəyir, lakin Moskva bu kəmərin Bolqarıstan vasitəsilə Yunanıstana qaz nəql edib-etməyəcəyi barədə qərara gəlməyib.

Sofiya ümid edir ki, Moskva, Ankara və Brüssellə əldə etməyə çalışdığı razılaşma ona TürkAxını qazının bir hissəsini Serbiya, Macarıstan və Avstriyaya tranzit etmək hüququ verəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG